Tərtər rayonunda çiyid səpininə başlanılıb
20-04-2020, 17:02
Oxunub: 7 200
Ötən il hər hektarın məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında lider olan Tərtər pambıqçıları çiyid səpininə başlayıblar.
Bolgexeber.com xəbər verir ki, bu il rayonda 1017 istehsalçı ilə 1664,3 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1120 hektarı “Azərpambıq” MMC və 50 hektarı “P-Aqro” MMC ilə olmaqla, 2 min 834,3 hektarda pambıq əkini üçün müqavilə bağlanıb. Səpin aparılacaq təsərrüfatların hamısında sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib.
Artıq 4 gündürki ki, rayonun bütün kəndlərində səpin işinə başlanılıb. Növbəti günlərdə kütləvi səpin işlərinin aparılması üçün texnikalar hazır vəziyyətə gətirilib. Səpin işlərinin 15-20 gün müddətində başa çatdırılacağı planlaşdırılır. Bu günədək 1267 hektar sahədə çiyid səpilib.
Qeyd edək ki, 2019-cu ildə Tərtər rayonunda 3 min 427 hektar sahədə pambıq becərilib, 11 min 936,2 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 34,8 sentner olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər