BolgeXeber.Com » Bölgə » Yardımlı rayon İcra Hakimiyyəti:"Yayılan məlumatlar şər-böhtan xarakterlidir"
Yardımlı rayon İcra Hakimiyyəti:"Yayılan məlumatlar şər-böhtan xarakterlidir"
20-04-2020, 19:30
Oxunub: 8 219
“Kompromat TV” internet kanalında rayonun Ostayır kəndində Heydər Əliyev Fondu tərəfindən verilmiş payların RİH başçısı tərəfidən siyahı üzrə öz qohumlarına paylanması, aztəminatlı ailələrə isə bu paylardan çatmaması barədə yayılan məlumatlar şər-böhtan xarakterlidir.
20 aprel 2020-ci il tarixdə “Kompromat TV” internet kanalında rayonun Ostayır kəndində Heydər Əliyev Fondu tərəfindən verilmiş payların RİH başçısı tərəfidən siyahı üzrə öz qohumlarına paylanması, aztəminatlı ailələrə isə bu paylardan çatmaması barədə video-material yayılmışdır.
Bildiririk ki, video-materialı “Kompromat TV”-də “Azad AzTv” və “Azadlıq Həsrəti” adı ilə tanınan Yardımlı şəhər sakini Cəlil Zabidov yaymışdır. O, daim rayonun vəzifəli şəxsləri barədə sosial şəbəkələrdə şər-böhtan xarakterli məlumatlar verməklə məşğul olur. Cəlil Zabidov dövlətə və dövlətçiliyin əlehinə çıxışlarına görə Yardımlı RİH tərəfindən məhkəməyə verilmişdir və hazırda iş məhkəmə icraatındadır.
Video-materialda Heydər Əliyev Fondunun verdiyi yardımların mənimsənilməsi barədə böhtan xarakterli çıxış edən şəxlərdən biri rayonun Dələkli kənd ümumi orta məktəbində direktor müavini işləyn Fariz Quliyevdir. O, bütün dövrlərdə müxalifəti dəstəkləmiş, işlədiyi kollektivdə dövlət və dövlətçiliyə qarşı təbliğat aparmışdır. Seçki proseslərinə müdaxilə etməyə çalışmış, əhalidə dövlət rəhbərinə qarşı inamsızlıq yaratmağ çalışmişdir. Danışan digər səxs isə Ostair kənd sakini Balabəy Yunusovdur. O, saxta yolla birinci qrup gözdən əlillik statusu almışdır, AXCP üzvüdür, bütün siyasi kompaniyalarda dövlət əleyhinə fəaliyyət göstərmişdir. Cəlil Zabidov Fariz Quliyevin və Balabəy Yunusovun şantaj xarakterli əməllərindən istifadə erərək onları rayonun rəhbər şəxslərinə ləkə yaxma kampaniyasına c\əlb etmişdir.
Məlumat üçün bildiririk ki, Ostayır və Dəlləkli kəndlərində yaşayan 32 nəfər imkansız ailəyə Heydər Əliyev Fondu tərəfindən pay verilmişdir. Sakinlər arasında payların bölüşdürülməsi ilə bağlı heç bir narazılıq yoxdur.
Yardımlı rayon İcra Hakimiyyəti
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər