BolgeXeber.Com » Bölgə » Ağcabədinin icra başçısı sayt rəhbərini təhdid elətdirir

Ağcabədinin icra başçısı sayt rəhbərini təhdid elətdirir

16-05-2013, 14:20
Oxunub: 5 632 Bildiyiniz bir neçə gün bundan əvvəl Bolgexeber.com-un poçtuna daxil olan, Ağcabədidə məskunlaşan bir qrup Laçın rayon məcburi köçkünləri adından şikayət məktubu əsasında yazı dərc olunmuşdur. Yazıda Ağcabədi rayon İcra başçısının müavini Əbülfəz Tapdıqov və “Meşə Mühafizəsinin” müdiri Müzəffər Cəfərovun birləşib öz məmur səlahiyyətlərindən istifadə edərək 10 nəfər 6 maşın və 1 traktor ilə 1992-ci ildən məskunlaşan Laçın rayon məcburi köçkünlərinin yaşayış yerlərini traktorla uçurdulması və köçkünlərin evsiz eşiksiz qoyulması öz əksini tapmışdır. Həmin yazıya normal reaksiya verərək öz mövqeyini sakit şəkildə redaksiyaya bildirmək əvəzinə, adıçəkilən məmurlar baş redaktora zəng edərək ona hədə qorxu gəlmiş, onu təhqir və təhdid etmişdir.Lakin Bolgexeber.com olaraq bildiririk ki, biz bu qanunsuz hərəkəti mətbuata və jurnalistə açıq təyziq kimi qiymətləndiririk. Çox guman ki, Ağcabədi rayon icra başçısının tapşırığı ilə edilən bu cür təhdidlə əlaqədar qanuna müvafiq biz hüquq- mühafizə orqanlarına müraciət etmək və mətbuat konfransı keçirmək fikrindəyik. Bu təhdidlərin arxasında Ağcabədi rayon icra başçısı Şahin Məmmədovun durması qənaitinə gəlməyimiz heç də səbəbsiz deyil.Xatırladaq ki, Bolgexeber.com-da bundan əvvəl də Ağcabədi rayonunda baş verən neqativ hallar haqda çoxsaylı tənqidi məqalələr dərc olunub.Bolgexeber.com