Azərbaycanda polis rəisinin müavininin avtomobili qəzaya uğrayıb.
25-04-2011, 13:25
Oxunub: 6 838

Polis əməkdaşı və onun həyat yoldaşı ölüb
Bakı-Quba-Dağıstan yolunun 89-cu kilometrliyində, Siyəzən rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Hikmət Kərimovun Bolgexeber.com-a verdiyi məlumata görə, Xaçmaz Polis Şöbəsinin şəxsi heyət üzrə rəis müavini Tanrıverdi Məmmədova məxsus 90-EE-102 nömrə nişanlı, “Mercedes” markalı avtomobil yoldan çıxaraq yolun kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində Siyəzən Rayon Polis Şöbəsinin polisi əməliyyat müvəkkili, Xəyyam Məmmədov və onun həyat yoldaşı hadisə yerindəcə ölüblər. Avtomobildə olan digər iki nəfər Xaçmaz Polis Şöbəsinin şəxsi heyət üzrə rəis müavini Tanrıverdi Məmmədov və onun həyat yoldaşı Vəfa Məmmədova isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Qeyd edək ki, Tanrıverdi Məmmədov Xəyyam Məmmədovun qardaşıdır. Faktla bağlı araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər