BolgeXeber.Com » Bölgə » Füzuli Ələkbərovun işçisi qəbula gələn imişliləri aldatdı-Video
Füzuli Ələkbərovun işçisi qəbula gələn imişliləri aldatdı-Video
19-05-2013, 12:10
Oxunub: 5 101İmişlidə Sosial Müdafiə Nazirliyinin komissiya sədri əlil arabasnda qəbula düşmək üçün gələn vətəndaşı 5 saat gözlədəndən sonra qəbul etmədi Dünən Əmək və əhalinin Sosial Müdafiə Nazirliyinin İmişli rayon 34 saylı Tibbi - Sosial Ekspert Komissiyasının inzibati binasının qarşısında arzuolunmaz hadisə yaşanıb. Komisiyanın sədri Məhəmmədəli İbrahimov qəbuluna gələn bir əlili təxminən 5 saat qapı arxasında gözlətdikdən sonra qəbul etməyib. Ən acınacaqlısı burasındadır ki, vacib problemlərini həll etmək üçün komisiyaya üz tutan birinci qrup Fazil adlı əlil, əlil arabasında olub. Qeyd edək ki, hadisə yerində əməkdaşımızla söhbətləşən şikayətçilər komisiyanın sədri Məhmmədəli İbrahimovun təkrar komissiya üçün 100-150 manat, Bakı komisiyası üçün isə 800-1000 manat rüşvət aldığını bildiriblər. Pulu verməkdən imtina edən vətəndaşları isə polis gücünə ərazidən uzaqlaşdırırlar. Adı çəkilən dövlət qurumunun qarşısında əlil arabasında qəbula düşmək üçün gözləyən vətəndaşın videosunu təqdim edir.