BolgeXeber.Com » Bölgə » “İcra başçısı Asif Ağayev müdir vəzifəsini əməlli-başlı hərraca çıxarıb”

“İcra başçısı Asif Ağayev müdir vəzifəsini əməlli-başlı hərraca çıxarıb”

20-05-2013, 10:20
Oxunub: 7 270 Bolgexeber.com-un redaksiyasına Şamaxı rayonunun ziyalıları və müəllimlərinin təhsil naziri Mikayıl Cabbarova ünvanlanan müraciəti daxil olmuşdur.Həmin məktubu olduğu kimi oxuculara təqdim edirik:
“İcra başçısı Asif Ağayev müdir vəzifəsini əməlli-başlı hərraca çıxarıb”
“Cənab nazir,yazıb sizə bildiririk ki,Asif Ağayev Şamaxıya başçı təyin olunan gündən rayonun təhsili demək olar ki,uçuruma doğru gedir.Başçı ilə yanaşı təhsilin məhv olmasında 1-ci müavini Qasım Qasımovunda böyük rolu vardır.Çünki bu işlərdə başçı müavininin məsləhətlərinə daha çox qulaq asır.May ayının 1-dən isə Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsi boşaldıqdan sonra bu vəzifə uğrunda əsl mübarizə gedir.İcra başçısı Asif Ağayev bu vəzifəni əməlli-başlı hərraca çıxarıb.Kim onun dediyi pulu,deyilənlərə görə bu məbləğ 100 min manatdır,verəcəksə müdirdə o olacaq deyir.Açıq aydında deyibki,məndə verib gəlmişəm,ona görədə pulumu çıxartmalıyam.Eləcə də alınan pulun yarısın yeni təhsil nazirinə çatacağını bildirir.Müdir vəzifəsinədə bir neçə nəfərin adı hallanırki,bunlardan ən “şanslılarının” adlarını qeyd edə bilərik.Eminalıyev Eyvaz, Musayev Dəyanət,Qocayev Həsən,Nəsirov Fuad və Soltanov Ramiz.Bunlardan Eminalıyev Eyvaz Müəllimlər İnstutunun Şamaxı filialının müəllimidir və başcının 1-ci müavini Qasım Qasımovun yaxın qohumudur,məhz dəstəyidə ona Qasımov verir.Musayev Dəyanət isə Şamaxının deputatı Elxan Süleymanovun köməkçisi və Şamaxıdakı səlahiyyətli nümayəndəsidir.Eləcədə atası Şəhriyar qəsəbəsinin bələdiyyə sədridir.Qocayev Həsən isə Sosial Müadifə Fondunun Şamaxı Rayon Şöbəsinin sədridir.Onunda yuxarılarda adamı olduğu deyilir.Fuad Nəsirov isə hal-hazırda təhsil şöbəsinin müvəqqəti müdir əvəzi olan,inspektor Baba Nəsirovun oğludur.67 yaşı olmasına baxmayaraq hələdə təhsil şöbəsində inspektor işləyən Baba Nəsirov kənd məktəbində direktor işləyən bu vəzifənin öhdəsindən layiqincə gələ bilməyən oğlunu indidə təhsil şöbəsinə müdir təyin etdirmək istəyir.Ona bu işdə icra hakimyyətindən dəstək olanlar vardır.Soltanov Ramiz isə Şamaxı Peşə liseyinin direktorudur.Bu şəxsində hansısa nazirliydə güclü adamı var.Çünki bu şəxs iki il bundan əvvəl sabiq icra başçısı tərəfindən işdən azad edilsədə bir müddət sonra naməlum səbəblərdən yenidən işinə qaytarılmışdı.Hər bir namizədin arxasında adamı olduğu üçün görünür ki puldan əlavə kimin adamının güclü olmasıda rol oynayacaq.Amma ən çox şansı olan Musayev Dəyanətdir.Ona deputat Elxan Süleymanov şəxsən dəstək olur.Xatırladaq ki,adları çəkilən bu şəxslərin heç birinin savadı və idarəçilik qabiliyyətləri yoxdur və adları korrupsiyada bir neçə dəfə hallanıb.Şamaxı kimi ziyalılar məkanı olan bir rayonda təhsilə rəhbərlik edəcək şəxsin pul ilə təyin olunması və təhsil kimi bir vacib sahənin alver mənbəyinə çevrilməsi bizləri çox narahat edir.Biz cənab nazir Mikayıl Cabbarova bildirmək istəyirikki,icra başçısı onun adından istifadə edib pul ilə təhsil şöbəsinə müdir təyin etmək istəyir.Bunlar üçün savadlı və iş bacaran şəxs yox,məhz rüşvətxor və savadsız şəxsin təhsil şöbəsinə müdir təyin edilməsi sərfəlidir.İndiki zamanda Şamaxı təhsili sıfır səviyyəsindədir,çünki rayon icra hakimiyyəti öz maraqlarına görə rayonun təhsilinə ciddi ziyan vurur.Cənab nazir,sizin cavan və savadlı bir insan olduğunuzu bilərək rayon təhsil şöbəsinədə sizin kimi bir şəxsin müdir təyin edilməyinə sərəncam verməyinizi çox istəyirik və xahiş edirik.İnanırıq ki,biz ziyalıların müraciətinə müsbət cavab verəcəysiniz və Şamaxının əvvəlki təhsilinin qaytarılmasına köməklik edəcəksiniz.Əvvəlcədən təşəkkürlər.Yazını imzalarımızla yazmamağımızın səbəbi isə odur ki,bizlər sonradan icra hakimiyyəti tərəfindən təzyiqlərə məruz qalırıq və işdən azad olunmağımızla hədələnirik”
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com