Ucarda əhalinin icra hakimi ilə görüşməsinə imkan verilmir
20-05-2013, 10:05
Oxunub: 5 618
Ucarda yerli İcra Hakimiyyəti ilə əhali arasında narazılıq yaranıb.
Bu barədə rayon sakinləri məlumat veriblər. Onlar bildiriblər ki, yaranmış narazılığa səbəb icra başçısı Yaşar Məmmədovla onlar arasında nəzərdə tutulan görüşlərin baş tutmaması və İcra Hakimiyyətində üzlərinə pis baxılmasıdır.
Həmin məlumatda vurğulanır ki, Yaşar Məmmədov əhali ilə görüş məsələlərini humanitar məsələlər üzrə müavini Nadir Mirzəliyevə həvalə edib. Lakin Mirzəliyev qəbul günlərində ucarlılarla kobud davranmaqla yanaşı, həm də onların şikayətlərini dinləməkdən imtina edir. Hətta şikayəti dinlədikdən sonra onun həllinə heç bir yardım göstərməyəcəyini bildirir. Və bunu belə əsaslandırır ki, Ucra rayon İcra Hakimiyyətinin hazırkı imkanları buna yol vermir.
Lakin aparılan araşdırma nəticəsində məlum olub ki, Nadir Mirzəliyevin atdığı bu addım düşünülmüş planının tərkib hissəsidir. Belə ki, müavin icra başçısını çətin vəziyyətdə qoymaq üçün rayonda süni narazılıq yaradır. Üstəlik, o, icra başçısının yerinə keçməyə çalışır. İddialara görə, Nadir Mirzəliyev hətta Bakıda özünə himayədar axtarışına da çıxıb. Bunun üçün görüşdüyü şəxslərdən isə ilkin razılıq alıb. Hətta Nadir Mirzəliyev icra başçısını mətbuatla düşmən etməyi bacara bilib. Belə ki, N.Mirzəliyev icra başçısı ilə bağlı tutarlı məlumatları mətbuata ötürərək, Yaşar Məmmədovun Prezident Administrasiyasında danlanmasına səbəb olub.
Bu əsnada o da məlum olub ki, Nadir Mirzəliyevin Ucar və yaxın rayonlarda bir xeyli biznesləri var. Onun rayonun mərkəzində bir neçə marketinin olduğu vurğulanır. Həmçinin yaxın qohumları üçün də yetərli qədər şərait yaratmağa çalışır, onları ayrı-ayrı vəzifələrə gətirir.
Hərçənd Ucarın icra başçısı Yaşar Məmmədovun fəaliyyətindən əhali tərəfindən razılıq edilmir. Məlumatlara görə, rayonun rəhbəri Ucarda abadlıq, quruculuq işlərindən daha çox, özünün şəxsi işləri ilə məşğul olmağa üstünlük verir.
Məsələ ilə bağlı araşdırmamız davam edir.xalq xeber
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər