Beyləqanın icra başçısı rayonda nə istəyir edir
21-05-2013, 16:45
Oxunub: 5 211
Beyləqan rayonunda icra başçısı Vaqif Abdullayevlə ayrı-ayrı məmurlar və hakimiyyətə yaxın qurumların rəhbərləri arasında ciddi qalmaqal yaşanır. Bu barədə gunxeber.com xəbər yayıb. Sözügedən portala bu barədə daxil olan məlumata görə, buna səbəb V.Abdullayevin həmin şəxslərdən külli-miqdarda rüşvət tələb etməsidi. Belə ki, son olaraq V.Abdullayev rayondakı Gənclər Mərkəzinin sədri Sənan Quliyevdən mərkəzin yeni binasına köçməsi əvəzində 20 min manat tələb edib. Əks təqdirdə onun postu ilə vidalaşacağını bildirib.
S.Quliyevlə icra başçısı arasında razılıq əldə olunması üçün “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Beyləqan rayon Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Möhübbət Heydərov vasitəçilik missiyasını öz üzərinə götürüb. İdarə rəisi ilk dəfə icra başçısının yanında olarkən israrlı xahişlərinə baxmayaraq, V.Abdullayev onu eşitməyib. İkinci dəfə isə onların arasında ciddi münaqişə yaşanıb. Hazırda bu məsələ ilə bağlı Beyləqanda ciddi gərginlik var.
İcra başçısının hədəf aldığı ikinci şəxs isə Şahmat Məktəbinin direktoru İlkin Əhmədovdu. Beyləqanda Şahmat Məktəbinə də yeni bina tikilib və icra başçısının İ.Əhmədovdan da yeni binaya köçməsinin əvəzində 10 min manat tələb etdiyi bildirilir. Ancaq İ.Əhmədov bu pulu vermək istəmir. Onun xahişini isə V.Abdullayevdən əvvəllər Beyləqanın icra başçısı olmuş Qəni Əhmədov edib. V.Abdullayev bu xahişi də eşitməyib.
Bundan başqa pul haqq-hesabına görə icra başçısının icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Zakir Mehdiyevi işdən çıxardığı bildirilir. Bütün bunlara görə, Beyləqanda narazılıq son həddə çatıb.
Məsələ ilə bağlı icra hakimiyyətinin də mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər