Saatlıda inanılmaz qalmaqal
23-05-2013, 10:50
Oxunub: 6 604
İdarə müdiri Tahir Rzayev icra başçısı Siraqəddin Cabbarova jurnalistlərin yanında «o, getsin işləri ilə məşğul olsun» dedi

Son dövrlər mətbuatda Saatlı rayonunda baş verən bəzi problemlərlə bağlı geniş məlumatlar dərc olunur. Bolgexeber.com Xəbər Portalı olaraq bizə də rayonla bağlı bir sıra məlumatlar daxil olmuşdu. Həmin yazılardan sonra Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov əməkdaşlarımızı rayona dəvət edərək, edilən şikayətləri və məlum olan məlumatların yerlərdə araşdırılmasını istəyib.
Qeyd edək ki, Saatlıya səfər edən əməkdaşlarımız edilən şikayətləri yerində araşdırmaq istəyərkən maraqlı bir mənzərə ilə üzləşiblər. Məlum olub ki, rayonda icra başçılarının sayı iki nəfərdir. Onlardan biri Siraqəddin Cabbarov, digəri isə rayon Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Rzayev. Doğrusu, belə bir qənaətə gəlməyə bizi vadar edən ciddi əsaslar var. Belə ki, rayonda olarkən əməkdaşlarımız bu idarə ilə bağlı şikayətləri də araşdırmaq istəyib. Bu məqsədlə İcra Hakimiyyətinin rəsmi nümayəndəsinin yanında Tahir Rzayevlə telefon əlaqəsi saxlanılıb. Dəstəyin o biri başından cavab verən idarə müdiri jurnalist adı eşidən kimi, onlara ağır cavablar verib. «Cəhənnəmə gəliblər. Onlar kimdi ki, cavab da verim. Getsinlər, rədd olsunlar rayondan».
İcra Hakimiyyəti başçısının nümayəndəsi bu jurnalistlərin icra başçısı Siraqəddin Cabbarovun dəvəti ilə Saatlıya gəldiyini və belə bir tapşırığın da məhz onun tərəfindən verildiyini dedikdə isə lap şok vəziyyət yaranıb. «İcra başçısı kimdir ki, mənim işlərimə qarışır. O da getsin otursun yerində».
Doğrusu, bu açıqlamadan sonra belə bir rəy yaranıb ki, Saatlıda iki icra başçısı varmış. Amma hansının daha çox səlahiyyətə malik olması isə hələlik məlum deyil. Bilinən odur ki, Tahir Rzayev Siraqəddin Cabbarovu saymır. Əgər saysaydı onun haqqında bu sözləri deməzdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər