BolgeXeber.Com » Bölgə » Lənkəranda «onbaşı», «yüzbaşı» sistemi işə salınır

Lənkəranda «onbaşı», «yüzbaşı» sistemi işə salınır

23-05-2013, 16:50
Oxunub: 5 691 Lənkəranın icra başçısı həmin namizədin xeyrinə kampaniyaya start verib

Lənkəranın icra başçısı Taleh Qaraşov qarşıdan gələn prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə start verib. Daxil olan məlumata görə, bu günlərdə icra başçısı Lənkəranda icra nümayəndələrinin, bələdiyyə sədrlərinin iştirakı ilə iclas keçirib.
Məlumatda deyilir ki, «onbaşı», «yüzbaşı» sisteminin yenidən hazırlamaq üçün göstəriş verilib. Bildirilib ki, məntəqə daxilində heç bir saxtakarlıq olmamalıdır. Əvəzində insanları xahiş-minnətlə, təhdidlə, pulla səsverməyə cəlb eləmək lazımdır. Karusel də öz yerində.
Bundan əlavə o da göstəriş verilib ki, əgər hansısa kənddə müxalifətin əhali ilə görüş keçirərsə, həmin kəndin icra nümayəndəsi, bələdiyyə sədri öz xoşu ilə ərizə yazıb işdən çıxmalıdır.
Və əsas məsələ: görüşdə səslərin məhz İlham Əliyevə deyil, "hakimiyyətin nümayəndəsinə" verilməsindən danışılıb. Görünür, Taleh Qaraşovun özünün namizədi var. Amma onun adı hələlik açıqlanmır.