BolgeXeber.Com » Bölgə » Ağcabədidə vətəndaşa qarşı böyük haqsızlıq

Ağcabədidə vətəndaşa qarşı böyük haqsızlıq

23-05-2013, 20:50
Oxunub: 5 262 Bolgexeber.com-un redaksiyasına məmurlar tərəfindən böyük haqsızlığa məruz qalan Ağcabədi rayon sakini Baxışov Müqabil Baxış oğlu tərəfindən şikayət məktubu daxil olmuşdur.Məktubu olduğu kimi oxuculara təqdim edirik: “Hörmətli redaksiya,Laçın rayon İH-nin sabiq başçısı R.Cəbrayılovun korrupsiya xəstəliyinə yoluxması barədə dövlət orqanlarına və KİV-lərə müraciət etdiyim üçün 2012-ci ilin iyun ayının 18-də Ağcabədi rayon Polis Şöbəsi sifariş əsasında məni həbs etdi.Belə ki, R.Cəbrayılov yaxın dostu və qohumu Ağcabədi rayon İH-nin başçısı Ş.Məmmədovun köməkliyi il Aqroİnvest Kredit İttifaqının Ağcabədi rayon filialının müdiri V.Mehdiyevi üzümə durmağa məcbur edərək həbsimə nail oldu.Çox acınacaqlı haldır ki, Ağcabədi RPŞ-nın müstəntiqi Y.İsgəndərov aldığı sifarişi can-başla yerinə yetirərək istintaq zamanı ciddi qanun pozunularına yol verdi.Hətta Y.İsgəndərov qardaşım Baxışov Bəhruz Baxış oğlunun adını istintaqdan çıxartmaq üçün atam Baxışov Baxışdan 10.000 (on min) manat pul alıb.Lakin həbsdə olsam da dövlətimizə və hökumətimizə olan inamımı itirmirdim.Hesab edirdim ki, Polis şöbəsində qanunsuzluqlara yol verilsə də Məhkəmə prosesi zamanı əsl həqiqət öz yerini tapacaq.Təəsüf hissilə qeyd etmək istəyirəm ki, Ağcabədi rayon Məhkəməsinin sədri X.Fərhadov bütün əmlakımızı dolayı yolla əlimizdən aldıqdan sonra barəmdə ədalətsiz qərar çıxarması Dövlətimizə və hökumətimizə olan inamımı sarsıtdı.Mən bütün dölət orqanlarına ərizə ilə müraciət etdim ki, Ağcabədi rayon Məhkəməsinin sədri X.Fərhadov və RPŞ-nın müstəntiqi Y.İsgəndərov atam Baxışov Baxışdan qardaşım Bəhruzun adını istintaqdan çıxarmaq üçün 10.000 (on min) manat, azadlığa buraxılmağımın qarşılığında isə 30.000 (otuz min manat) rüşvət qismində alıb.Yenə də heç bir dövlət orqanı bu müraciətimə əhəmiyyət vermədi.Cənab Prezidentimiz İ.Əliyevin 12 fevral tarixdə keçirdiyi müşavirədəki nitqindən sonra X.Fərhadov atamdan alınmış pulun yarısını bizə qaytarsa da Y.İsgəndərovdan pulumuzu ala bilmirik. Verdiyimiz pulların qalanını yuxarı orqanlara verdiklərini bildirirlər.Aidiyyatı orqanlarda bu faktın öz təsdiqini tapmamaqı barədə bizə cavab verməsi məni çox təəsüfləndirir. 21 may 2013-cü il tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira xanım Süleymanova ilə Laçınlı köçkünlərin məskunlaşdığı "Taxta Körpü" qəsəbəsində görüşə bildim.Çox təssüf--- hissilə qeyd etmək istəyirəm ki, Elmira xanım Süleymanova pozulmuş hüquqlarımın bərpa olunmasına köməklik olunmasının Ombudsman

aparatının səlahiyyətlərinə aid olmadığını bildirdi.Bütün bunlardan sonra mən artıq hara və kimə müraciət edəcəyimi bilmirəm.
Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində göstərilir ki,Dövlət irqindən, milliyyətindən, dilindən, dinindən, cinsindən,mənşəyindən,əmlak vəziyyətindən, qulluq mövqeyindən,əqidəsindən,siyasi partiyalara , həmkarlar ittifaqlarına və digər birliklərə münasibətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.
Hörmətli mətbu orqan sizin vasitənizlə bütün aidiyyatı dövlət orqanlarından və Azərbaycan respublikasının insan hüquqları üzrə müvəkkilindən (Ombudsman
aparatından) soruşmaq istəyirəm,məgər mən bu respublikanın vətəndaşı deyiləmmi? Demokratiyadan ağızdolusu danışdığımız Azərbaycan respublikasında milli mənsubiyyətimə görə hüquqlarım pozulursa və dövlət orqanları buna göz yumursa, mən məcburam ki, xarici ölkə səfirliklərinə, beynəlxalq hüquq təşkilatlarına müraciət edim.”
Hörmətlə,Baxışov Müqabil Baxış oğlu
Bolgexeber.com