BolgeXeber.Com » Bölgə » Tərtərdə xüsusi karantin rejimi dövründə pandemiya ilə ciddi mübarizə aparılır

Tərtərdə xüsusi karantin rejimi dövründə pandemiya ilə ciddi mübarizə aparılır

16-06-2020, 15:44
Oxunub: 2 392 Bütün dünyanın bəlasına çevrilən COVID-19 virusuna qarşı mübarizə sahəsində Respublikada olduğu kimi Tərtərdə də səmərəli iş aparılır. Cənab Prezident İlham Əliyevin, hörmətli Birinici-vitse prezident Mehriban xanım Əliyevanın Azərbaycan xalqının sağlamlığının qorunması istiqamətində apardıqları məqsədyönlü və ardıcıl tədbirlərin davamı olaraq rayonda epidemiyaya qarşı dezinfeksiya və tibbi profilaktika işləri davam etdirilir.
Tərtər şəhərində çoxmənzilli yaşayış binalarının həyətləri, binaların girişləri, su anbarlarını ətrafı eləcə də sakinlərin daha çox istifadə etdiyi yerlər karantin qaydalarının tələblərinə uyğun şəkildə dezinfeksiya olunur. İnfeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə rayonun bütün yaşayış məntəqələrində könüllülər tərəfindən əhali arasında maarifləndirmə işləri davam etdirilir. Profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə rayonun idarə, müəssisə və təşkilatlarında sanitar-gigiyenik vəziyyətə ciddi nəzarət olunur.