Avtoritetlər bu gün Masallıya toplaşır
28-04-2011, 16:00
Oxunub: 7 582

Onlar “Masallı Mamed”in qırx mərasimində iştirak edəcəklər
Bu gün Masallıda Kriminal aləmdə xüsusi nüfuza malik, “Masallı Mamed”in qırx mərasimi keçiriləcək. Bolgexeber.com məlumatına görə, mərasimdə iştirak etmək üçün Bakıdan, ayrı-ayrı rayonlardan, hətta ölkə xaricidən gələn şəxslər Masallıya gedib.
Qeyd edək ki, kriminal aləmin ən nüfuzlu şəxslərindən olan 51 yaşlı Məmməd Hüseynov həbsxanada dünyasını dəyişib. Martın 20-də cəza çəkdiyi Penitensiar Xidmətin 1 saylı müəssisəsində qəflətən halı pisləşib. M.Hüseynovun ölümünə səbəb beyninə qan sızması olub.
Qeyd edək ki, onun şəkər xəstəliyinin ən ağır formasından əziyyət çəkdiyi bildirilirdi. Uzun müddət Moskvada yaşayan Məmməd Hüseynov azərbaycanlı qanuni oğru “Sabirabadlı Hikmət”in qətlə yetirilməsindən sonra onun varisi sayılırdı.
Uzun illər Moskvada yaşamış “Masallı Mamed” 2009-cu ildə Azərbaycana qayıtmışdı. Amma çox keçməmiş o, narkotik vasitələrin saxlanmasında təqsirləndirilərək, Masallı rayonunda saxlanılmışdı. Kriminal avtoritet Məmməd İsgəndər oğlu Hüseynov ötən il sentyabrın 13-də Masallı rayon məhkəməsinin sədri hakim Cahangir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilərək, 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
M. Hüseynov Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunmuşdu.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər