Neftçalada məmur özünü kiçik padşah sayır
25-05-2013, 16:20
Oxunub: 5 909
Bolgexeber.com-un redaksiyasına Neftala rayon sakinlərindən şikayət məktubu daxil olmuşdur.Məktubda özünü kiçik padşah sayan, Neftcala şəhər inzibatı -ərazi nümayəndəsinin müavini Qasımov Bəybalanın vətəndaşları susuzluqla sınağa çəkməsindən və ümumiyyətlə özbaşnalığından bəhs edilir. Sakinlər deyir ki,həmin məmur açıqça ”mən rəhbər işçilərdən biriyəm ,maddi imkanım da sizdən çoxdur.Məgər görmürsünüz heç-kim sizə qulaq asmır,şükür edin ki qazınızı, işığınızı kəsdirmirəm. Şikayətin sayını artırsanız sizi işıqdan da, qazdan da məhrum edəcəm”-deyir .Deyəsən bəzi məmurlar prezidentin vətəndaşlara yuxarıdan aşağı baxan məmurlara yönəlmiş tənqidi çıxışından hələ də düzgün nəticə çıxartmayaraq, nə bu çıxışı ,nə də xidmət etməli olduqları vətəndaşları saymırlar.
“Hörmətli redaksiya, bu məktubu sizə yazmağı mənə məcbur edən Respublikanın və
eləcə də rayon rəhbərliyinin öz xalqına olan laqeyd münasibətidir.Öncədən nəzərinizə
çatdırıram ki aşağıda göstərdiyim məsələ ilə əlaqədar hələ xeyli müddət əvvəl rayon
rəhbərliyinə müraciət etmişdim.29.04.2013-cü ildə Milli Məclisə ,YAP-ın icra katibi
Ə.Əhmədova ,PA-nın ictimai -siyasi şöbəsinin müdiri Ə.Həsənova müraciət etmişəm,ancaq
bu günə qədər də heç bir cavab alamamışam.Qeyd edim ki ,mən Neftçala rayon M.Rəsulzadə
küçəsində yaşayıram.Əsas problemim isə su problemidir. Bu problemi də bizə yaradan
Neftcala şəhər inzibatı -ərazi nümayəndəsinin müavini Qasımov Bəybaladır.
Qasımov Bəybala məni və qonşumu su üzünə həsrət qoyub .O vəzifəsindən süi
istifadə edərək dövlətimizin ona verdiyi salahiyyəti aşaraq bizim su xəttini kəsdirib.
Səbəb odur ki biz iki qonşunun mərkəzi su xətti Qasımovun su xətti ilə eynidir.
Bizim su xəttini kəsdirməklə cənab Qasımov suyun onun öz evinə gedməsini təmin
edib.Baxmayaraq ki biz həmin 300-m su xəttini səxsi vəsaitimiz hesabına çəkdirmişdik.
Yuxarıda qeyd etdiyimiz kimi rayon rəhbərliyinə hər müraciətdən sonra Qasımov da
şikayəti təmin edəcək orqan nümayəndələrinə qoşulub əraziyə gəlib məhz onun
“canfəşanlığı”nəticəsində biz istifadə etdiyimiz su xəttini kəsib apardılar ki, bizə
su verməsinlər.Hər dəfə əraziyə gələn Bəybala özünü kiçik padşah
kimi apararaq rayonun ağası kimi təqdim edərək deyir ki,”mən rəhbər işçilərdən biriyəm
maddi imkanım da sizdən çoxdur.Məgər görmürsünüz heç-kim sizə qulaq asmır,
şükür edin ki qazınızı, işığınızı kəsdirmirəm. Şikayətin sayını artırsanız sizi işıqdan da
qazdan da məhrum edəcəm.Hörmətli redaksiya ,bu günlər yayın istisində susuzluq bizim
yaşayışımıza ən çox təsir göstərən amillərdən biridir.Həyatyanı sahəmiz susuzluqdan
tamamilə yanıb məhv olub.Baxmayaraq ki vaxtıilə gözəl bağım olub.Bu yerdə rəhmətlik
Heydər Əliyevin sözləri yada düşür.
Hörmətli redaksiya bu məktubu yazmaqla son ümüd kimi sizə üzümü tuturam. Ümüd
edirəm ki siz su üzünə həsrət qalan 2-ailənin probleminə laqeyid qalmayacasınız
bizim problemimizin həll olmasına yardımçı olacaqsınız.Öncədən təşəkkür edirik”.
Neftcala rayonu M.Rəsulzadə küçəsinin sakinləri. Nəsirov Ə, Muxdarov E
25.05.2013
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacayıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər