BolgeXeber.Com » Bölgə » Xaçmazda məmur özbaşınalığı dövlətə xeyli ziyan vurub.

Xaçmazda məmur özbaşınalığı dövlətə xeyli ziyan vurub.

28-04-2011, 16:35
Oxunub: 6 809
Qarşısını isə alan yoxdur

DT və XK-nin Xaçmaz rayon şöbəsinin sədri Adgözəl Tağıyevə məxsus olduğu söylənilən “İNŞAATÇI” MMC-yə məxsus qum-çınqıl karxanası ciddi ekoloji problemlər yaradıb. Beləki, Xaçmaz rayon ərazisində Qudyalçay çayında “İnşaatçı
” MMC-yə məxus qum-çınqıl karxanasının fəaliyyəti nəticəsində çayın sahilləri güclü eroziyaya məruz qalıb. Həmçinin çayın məcrası həddindən artıq dərinləşmişdir.

Qeyd edək ki, aldığımız məlumata görə , Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisləri tərəfindən araşdırma aparılmış, “İnşaatçı” MMC-yə məxsus karxananın son vaxtlar mövcud su qanunvericiliyinin tələbləri kobudcasına pozulmaqla müvafiq layihə sənədləri tərtib edilmədən Qudyalçay çayında qum-çınqıl istehsalı nəticəsində çaylarla kəsişmədələrdəki suötürücü və digər hidrotexniki qurğulara, avtomobil yolu körpüsünə və başqa obyektlərə ciddi təhlükə yaranmış, çayların yatağı karxananın fəaliyyət göstərdiyi ərazilərdəərazilərdə 5-7 metr, bəzi yerlərdə isə daha çox dərinləşmişdir ki, bu da öz təbii dayanıqlığını itirmiş çaylarda gursulu dövrlərdə güclü məcra yuyulmalarının baş verdiyi məlum olmuşdur. Qeyd edək ki, əldə etdiyimiz informasiyaya görə, yaranmış vəziyyətin ciddiliyini nəzərə alaraq, Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, aidiyyəti mərkəzi Hakimiyyət orqanlarına Qudyalçay çayında istismar olunan “İnşaatçı” MMC-yə məxsus karxananın qanunsuz fəaliyyətinin dayandırılmasına dair öz təkliflərini vermişdir. Həmçinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamenti komissiya təşkil edərək, araşdırma aparılmış, müəyyən olunmuşdur ki, karxananın fəaliyyəti ilə bağlı qoyulmuş şərtlərin tələbləri “İnşaatçı” MMc-nin rəhbərliyi tərəfindən pozulmuşdur. Belə ki, məlum olmuşdur ki, karxanada istismar zamanı norma və qaydalara, sahil mühafizə zonasının qorunmasına əməl edilməmiş, istismarı başa çatmış sahələrdə rekultivasiya işləri aparılmamış və yataqayırma hüdudundan kənara çıxmaqla “Xan arxı” hidrotexniki qurğusunun mühafizə zonasından qeyri-qanuni olaraq qum-çınqıl qarışığının götürülməsinə yol verilmiş, Departamentin məcburi göstərişinin icrası təmin ediləmişdir. Buna görə “İnşaatçı” MMC hüquqi şəxs qismində inzibati qaydada cərimə edilmiş və müəssisəyə qarşı təbiətə dəymiş ziyana görə iddia qaldırılmışdır.

Məsələyə aydınlıq gətirmək üçün Adgözəl Tağıyevlə əlaqə saxladıq. Bizə çox maraqlı münasibət bildirən məmur “İnşaatçı” MMC-nin rəsmən onun olmasa da onun himayəsi altında fəaliyyət göstərdiyini etiraf etdi: “Neçə illərdir,Torpaq şöbəsinin müdiriyəm, mənim ixtiyarım yoxdur ki, bir dənə karyer işlədim?!”Belə bir təfəkkürə malik dövlət məmurunun bu neçə illərdə də nə işlərlə məşğul olduğunu isə yaxın günlərdə təfsilatı ilə çatdıracağıq.