Imişlinin deputati geri çağirilir
29-04-2011, 16:15
Oxunub: 8 408

Bu barədə ADP mətbuat xidmətindən məlumat verilib
Bolgexeber.com verdiyi məlumata görə, 79 saylı İmişli seçki dairəsindən deputat elan olunmuş Əsabil Qasımovun fəaliyyətindən rayonda çox ciddi narazılıqlar var və onun Milli Məclis üzvlüyündən geri çağırılması üçün partiyanın yerli təşkilatı imza toplama kompaniyasına start verib.
Məlumatda daha sonra deyilir: “Əsabil Qasımov seldən zərər çəkən İmişli sakinlərinin hüquqlarının müdafiəsi üçün edilmiş müraciətlərə məhəl qoymur, deputat kimi seçildiyi rayonun əhalisinin problemlərinə biganəlik və saymazyanalıq nümayiş etdirir, parlamentin iclaslarında bir dəfə də olsun rayonun problemlərini qaldırmayıb və ümumiyyətlə deputatlıq fəaliyyəti ilə deyil, yalnız rəhbəri olduğu “Karat MMC”-dəki biznes fəaliyyətinin genişləndirilməsi ilə məşğuldur.”
Xatırladaq ki, bir müddət əvvəl Ə.Qasımovun rəhbərliyi ilə tikilən idman kompleksində fəhlə kimi çalışan və əmək haqqı tələb etdiyinə görə, onun qoçuları tərəfindən döyülən Fariz Həsənovun başına gələnlər rayon əhalisini möhkəm qəzəbləndirmişdi və deputatın geri çağırılması ilə əlaqədar imza toplanmasına bu hadisə stimul verib.
Məlumat müəllifləri daha sonra bildirirlər ki, imza toplama kompaniyasına fəal insanlar, ziyalılar və ictimai siyasi təşkilatlar dəstək vermək fikrindədirlər və kompaniya çərçivəsində on iki min imzanın toplanması planlaşdırılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər