Füzuli rayonunun təhsil genosidini icra hakimi himayə edir
29-05-2013, 10:25
Oxunub: 7 205
İcra Hakimiyyətinin başçısı rayonun təhsil şöbəsinin müdiri Almaz Həşimova ilə əlbir olaraq, tək bir ildə tenderlərdən külli miqdarda dövlət vəsaiti mənimsəyiblər…
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayonun təhsil şöbəsinin müdiri Almaz Həşimova ilə əlbir olaraq külli miqdarda dövlət vəsaitini bilinməyən hesablara köçürüb və sonradan həmin hesabdakı pullar sadəcə yoxa çıxıb. Bu barədə Füzuli rayonundan məlumatlı mənbənin verdiyi xəbərdə bildirilir.
Mənbənin bildirdiyinə görə başçı və şöbə müdiri 2011 və 2012-ci illərdə 100 min manatlarla dövlət vəsaitini yuyublar. Məlumata görə 17 il Füzuliyə rəhbərlik etmiş Nəbi Muxtarovdan sonra Meliorasiya və Su Təsərrüfatı idarəsinin müdiri olan Alı Alıyev icra başçısı təyin olunduqdan sonra ilk işlərindən biri, daha əvvəllər isti münasibətdə olduğu 116 saylı Peşə məktəbinin direktoru Almaz Həşimovanı Füzuli rayon təhsil şöbəsinin müdiri təyin etdirmək olub. Bundan sonra isə bu ikili rayona ayrılan maliyyə vəsaitlərini öz şirkətlərində «yumaqla» məşğul olublar.
Məlumatlı mənbənin verdiyi xəbərə görə təhsil şöbəsinin «xərclərini» ödəmək üçün keçirilən tenderlərdə külli miqdarda pul mənimsənilib. Təkcə 2011-ci illərdə Füzuliyə ayrılan tenderlərin hardasa 90 faizi məhz təhsil şöbəsinə aiddir. 2011-ci ildə Füzuli rayonuna ayrılan 20 tenderdən 17-si təhsil şöbəsini əhatə edir və qəribədir ki, cəmi 156 529.47 manat olan bütün 17 tenderi məhz Almaz Həşimovaya məxsus olan "Valeh-H" MMC, "Ülkər-H" MMC, Vüsal84 MMC, "Nəfs-RR" MMC firmaları qazanmışdır. Rayona ayrılmış digər 3 tenderi isə “təsadüfdən” Alı Alıyevə məxsus olan şirkətlər udub. Lakin bu tamamilə ayrı bir mövzu olduğuna görə, bu məsələni gələcək yazılarımızda araşdıracağıq.
İndi isə keçək faktlara. Məlumatda bildirilir ki, 2011-ci ildə Almaz Həşimovanın bir zamanlar direktor olduğu Fizuli rayon 116 saylı Pesə məktəbində təmir işlərinin aparılması üçün ümumi qiyməti 39656,87 manat olan 10 tender keçirilib. Həmin tenderləri təqdim edirik:
1. Təhsil Nazirliyinin Füzuli rayon 116 saylı Peşə məktəbinə abadlıq işlərinin satın alınması üçün "Valeh-H" MMC-yə 2 min 500 manat;
2. Təhsil Nazirliyinin Füzuli rayon 116 saylı Peşə məktəbi Kommunikasiya və kommunal xidmətlərin satın alınması üçün "Valeh-H" MMC-yə 4 min manat;
3. Təhsil Nazirliyinin Füzuli rayon 116 saylı Peşə məktəbi Cari təmir işlərinin satın alınması üçün "Valeh-H" MMC-yə 6 min manat;
4. Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsinin Füzuli 116 saylı Peşə Məktəbi Sair xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması üçün "Valeh-H" MMC-yə 4 min manat;
5. Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsinin Füzuli 116 saylı Peşə Məktəbi avadanlıqların satın alınması üçün "Nəfs-RR" MMC-yə 4 min 993 manat;
6. Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsinin Füzuli 116 saylı Peşə Məktəbi digər alışlar və xidmətlərin satın alınması üçün "Nəfs-RR" MMC-yə 2 min 499 manat;
7. Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsinin Füzuli 116 saylı Peşə Məktəbi dəftərxana ləvazimatlarının və təsərrüfat mallarının satın alınması üçün "Ülkər-H" MMC-yə 4 min 699 manat;
8. Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsinin Füzuli 116 saylı Peşə Məktəbi yumşaq inventarların satın alınması üçün "Valeh-H" MMC və "Ülkər-H" MMC-yə 2 min manat;
9. Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsinin Füzuli 116 saylı Peşə Məktəbi bərk inventarların satın alınması üçün "Ülkər-H" MMC-yə 3 min 965 manat;
10. Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsinin Füzuli 116 saylı Peşə Məktəbi digər maşın və avadanlıqların satın alınması üçün "Ülkər-H" MMC-yə 4 min 999 manat.
Bu gün hər kəsə bəllidir ki, Azərbaycan rayonlarında peşə məktəblərinin yalnız adı qalıb. Özləri isə yoxdur. Mənbə bildirir ki, əvvəla bu texniki peşə məktəbində güya görülən işlərin qiymətləri ən azı 4-5 dəfə şişirdilib. Bütün görülən iş isə ondan ibarət olub ki, 2011-ci ildə 116 saylı Peşə Məktəbi bir dəfə rənglənib. Yəni Almaz xanım və Alı Alıyev 10 tenderi sadəcə olaraq hardasa 200-300 manatla «bağlayıblar». Bildirilir ki, bütün pullar Almaz Həşimovaya məxsus olan şirkətlərə köçürülərək nəqdləşdirilib və mənimsənilib. Almaz Həşimova 116 saylı Peşə Məktəbindən təhsil şöbəsi müdiri vəzifəsinə gedərkən, peşə məktəbinə öz qohumunu təyin etdiyinə görə bütün «əməliyyatlar» problemsiz ötüşüb.
Bundan başqa 2011-ci ildə təhsil şöbəsinin digər «ehtiyaclarını» ödəmək məqsədi ilə daha 7 tender keçirilib. Qəribədir ki, yenə də eyni şirkətlər tenderi udublar və qazanan yenə də Almaz Həşimova ilə Alı Alıyev ikilisi olub. Həmin tenderlər aşağıdakılardır:
1. Təhsil Nazirliyinin Füzuli rayon Təhsil şöbəsi digər alışlar və xidmətlərin satın alınması üçün "Vusal-84" FT MMC-yə 7 min 742 manat;
2. Təhsil Nazirliyinin Füzuli rayon Təhsil şöbəsi dəftərxana ləvazimatlarının və təsərrüfat mallarının satın alınması üçün "Vusal-84" FT MMC-yə 13 min 35 manat;
3. Təhsil Nazirliyinin Füzuli rayon Təhsil şöbəsi avadanlıqların satın alınması üçün "Vusal-84" FT MMC-yə 7 min 230 manat;
4. Təhsil Nazirliyinin Füzuli rayon Təhsil şöbəsi dəftərxana ləvazimatlarının və təsərrüfat mallarının satın alınması üçün "Vusal-84" FT MMC-yə 48 min 48 manat;
5. Təhsil Nazirliyinin Füzuli rayon Təhsil şöbəsi avtomobil ehtiyat hissələrinin satın alınması üçün "Vusal-84" FT MMC-yə 6 min 75 manat;
6. Təhsil Nazirliyinin Füzuli rayon Təhsil şöbəsi yumşaq inventarların satın alınması üçün "Vusal-84" FT MMC-yə 27min 30 manat;
7. Təhsil Nazirliyinin Füzuli rayon Təhsil şöbəsi mal-materialların satın alınması üçün "Vusal-84" FT MMC-yə 7 min 712 manat.
Məlumatda göstərilir ki, «Vüsal84» MMC və "Nəfs-RR" MMC, "Ülkər-H" MMC firmaları 116 saylı peşə məktəbinin direktoru olduğu zaman Almaz xanımın adına olub. Sonradan həmin firmalar Almaz Həşimovanın ailə üzvlərinin adına keçirilib. Mənbə bildirir ki, bundan başqa təhsil şöbəsinin xərclərinə 2011-ci ildə ayrı-ayrı vaxtlarda 109 min 642 manat pul ayrılıb. Yumşaq inventarların alınması üçün 27 min manat vəsait ayrılıb ki, Almaz xanım həmin puldan sadəcə öz kabinetinə mebel dəsti alıb. Bir də mühasibat otağına dəftərxana ləvazimatlarını yerləşdirmək üçün mebel alınıb. Yerdə qalan pul təhsil şöbəsinin bütün otaqlarını mebellə təmin edilməsi adı altında sənədləşdirilib. Əslində həmin köhnə mebellerə üzlük çəkilib və təzə adı altında yenidən sənədləşdirilib.
2011-ci ildə Almaz xanım "Vusal-84" FT MMC firmasının adı altında avtomobil hissərinin alınması üçün 6 min manat pul ayrılıb. Ayrılan puldan Füzuli rayon Təhsil şöbəsinə aid olan «Nissan» markalı maşına heç bir qəpik də xərc çəkilməyib. Bunun əvəzinə isə Almaz xanım özünün şəxsi «Pejo» markalı maşınını «Prado» markalı ciplə əvəz edib. Mənbə həmçinin onu da bildirir ki, təhsil şöbəsinə dəftərxana ləvazimatı almaq üçün ayrılan 61083.6 manatdan hardasa min manatlıq dəftərxana ləvəzimatı alınıb. Qalan pullar isə yenə də şöbə müdiri ilə başçı arasında şərikli mal kimi bölünüb.
Məlumatda bildirilir ki, tenderlərə ayrılan vəsaitin heç 30 faizi təyinatına görə xərclənməyib və qalan pullar mənimsənilib. Bu korrupsiyada ən böyük dəstəkçisi və ortağı Alı Alıyevdir. Bildirilir ki, bu boyda korrupsiya və yolsuzluq ona görə mümkün olub ki, Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev təhsil şöbəsinin müdiri Almaz Həşimovanın şəriki sifətində çıxış edib.
Qeyd edək ki, bizə təqdim olunan faktlarla bağlı Almaz Həşimovanın mövqeyini öyrənməyə cəhd etsək də, bu baş tutmadı. Füzuli təhsil şöbəsindən sadəcə zənglərimizə cavab verən olmadı.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…
P.S. 2012-ci ilin tenderləri ilə bağlı Alı Alıyevin və Almaz Həşimovanın «əməliyyatlarını» yaxın günlərdə oxucucularımızın diqqətinə çatdıracağıq
azerinews.orq
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər