BolgeXeber.Com » Bölgə » Masallı rayonunda 28 may – Respublika Günü qeyd edildi

Masallı rayonunda 28 may – Respublika Günü qeyd edildi

29-05-2013, 13:00
Oxunub: 5 135 Bolgexeber.com xəbər verir ki, 28 may 2013-cü il tarixdə Masallı rayonu Bayraq meydanında 28 may – Respublika gününə həsr edilmiş ümumrayon tədbiri qeyd edilmişdir. İlk öncə rayon İcra hakimiyyətinin başçısı, hüquq mühafizə orqanları əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad etmişlər. Sonra rayonun tanınmış ziyalısı, tarixçi-etnoqraf Musarza Mirzəyev 28 may - Respublika gününün tarixi əhəmiyyətindən, xalqımız üçün vacibliyindən və Azərbaycan xalqının bu bayramın əldə edilməsi üçün göstərdiyi əzmkarlığı xüsusi qeyd edərək geniş məruzə ilə çıxış etmişdir.

Məruzədən sonra rayon Mədəniyyət və Turizm şöbəsinin özfəaliyyət kollektivi və tanınmış ifaçılarının ifası tədbirə xüsusi rəng qatdı.

Sonda tədbir iştirakçıları rayonda aparılmış abadlıq quruculuq işləri, rayon sakinlərinin və uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün yaradılmış şəraitlə tanış olmuşlar.
Bolgexeber.com