BolgeXeber.Com » Bölgə » Qubada Qarabağ veteranına :"Pulunu ver, sosial yardım al!"

Qubada Qarabağ veteranına :"Pulunu ver, sosial yardım al!"

30-05-2013, 09:20
Oxunub: 5 828 Qubada İcra hakimiyyəti dəyişsə də rayonda problemlər əvvəlki tək qalıb
Bolgexeber.com-un redaksiyasına Quba rayon 1-ci Nügədi kənd sakini Qasımov Zaur Nəzər oğlu tərəfindən şikayət məktubu daxil olmuşdur.Qarabağ veteranı olan və xəstəlikdən əziyyət çəkən Zaur Qasımov məktubunda madii durumunun ağır olmasına baxmayaraq ona sosial yardım ayrılmamasından şikayət edir. Məktubu olduğu kimi oxuculara təqdim edirik:
“Yazıb sizə bildirmək istəyirəm ki, əslində məlum Quba hadisələri rayonun icra hakimiyyətinin, Sosial Müdafiə Mərkəzinin, Sosial Müdafiə Fondunun rayon şöbəsinin vətəndaşların şikayətlərinə məhəl qoymamasından əmələ gəlmişdir.Qubada İcra hakimiyyəti dəyişsə də rayonda problemlər əvvəlki tək qalıb. Məmurlar öz qanunsuzluqları ilə camaatı yenə də etiraza sürükləyirlər. Nəzərinizə çatdırım ki, mən Qarabağ veteranıyam.Maddi vəziyyətim pis olduğundan dəfələrlə Sosial Müdafiə Mərkəzinə Sosial yardım almaq üçün müraciət etsəm də min-bir bəhanə ilə mənə sosial yardım ayırmaqdan boyun qaçırıblar. Sosial təminatla bağlı Quba icra hakimiyyətinə də müraciət etmişəm.Ancaq orada da məni “yola verib” heç bir köməklik etməyiblər.Mən əvvəl başa düşə bilmirdim ki,axı niyə mənə,buna böyük ehtiyacım ola-ola sosial yardım ayırmaq istəmirlər?Sonradan başa düşdüm ki, məndən rüşvət gözləyirlər.Dəfələrlə yerli məmurlara bildirmişəm ki, “sizdən prezidentə şikayət ərizəsi yazacam”.Amma cavabında mənə bildiriblər ki, “get hara istəyirsən şikayət et, heç kimdən qorxumuz yoxdur.Pulunu ver sosial yardım al. Pulsuz sənə Azərbaycanda heç vaxt, heç bir orqan nə sosial yardım ayırar, nə də ki, başqa şəkildə kömək edər”.Onların istədiyi məbləği isə verməyə mənim maddi imkanım çatmır.Mətbu orqan olaraq sizdən xahiş edirəm ki, mənim problemimi işıqlandırasınız və mənə sosial yardım ayrılmasına yardımçı olasınız”.
Hörmətlə, Quba rayonu, 1-ci Nügədi kəndinin sakini
Qasımov Zaur Nəzər oğlu

Bolgexeber.com