BolgeXeber.Com » Bölgə » Tovuzda ermənilərin atəşi nəticəsində ən çox zərər dəyən kənd müəyyənləşib
Tovuzda ermənilərin atəşi nəticəsində ən çox zərər dəyən kənd müəyyənləşib
23-07-2020, 13:14
Oxunub: 2 048
“Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamının icrası ilə bağlı İşçi Qrup hazırda Tovuz rayonunda Ermənistanın Silahlı Qüvvələrinin atəşi nəticəsində baş vermiş fəsadların aradan qaldırılması ilə bağlı yerlərdə araşdırma işlərini artıq yekunlaşdırıb”.
Bunu açıqlamasında Tovuz Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Mübariz Məmmədov deyib.
Onun sözlərinə görə, dəymiş ziyanın qiymətləndirilməsi işləri davam etdirilir: “Rayonun 6 sərhəd - Ağdam, Dondar Quşçu, Əlibəyli, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində dəymiş ziyanın yerlərdə araşdırılması artıq yekunlaşıb. İşçi Qrup bu ziyanın qiymətləndirilməsi ilə məşğuldur. Görülən tədbirlər bir daha onu deməyə əsas verir ki, Azərbaycanda dövlət siyasətinin ana xəttini insan amili təşkil edir. Dövlətimiz hər zaman vətəndaşlarının yanındadır və onların təhlükəsizliyini təmin etmək hüququndadır”.
Tovuz RİH-in rəsmisi bildirib ki, qeyd olunan kəndlər arasında ən çox zərər Dondar Quşçu kəndinə dəyib: “Yuxarı Öysüzlü kəndində 5 yerdə ziyanlar aşkarlanıb. Sahibkarlıq obyektlərində ziyanlar var. Ümumilikdə, 61 təsərrüfat yoxlanılıb və həmin təsərrüfata dəyən ziyanın həddi, dərəcəsi araşdırılır. Bundan əlavə, infrastruktura da ziyan dəyib. Ağır artilleriyadan atılan mərmilər qaz, elektrik xətlərini sıradan çıxarıb”.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm
- Dünən, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- Dünən, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 7-02-2021, 10:20 : İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO
Gündəm
- Dünən, 18:16 : "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"
Siyasət
- 18-02-2021, 11:07 : Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... - İTTİHAM
Xəbərlər