BolgeXeber.Com » Bölgə » Lənkəranda 5 milyonluq meydan pis günə düşdü-Fotolar

Lənkəranda 5 milyonluq meydan pis günə düşdü-Fotolar

30-05-2013, 10:45
Oxunub: 8 857 Taleh Qaraşovun inşa etdirdiyi Heydər Əliyev Mərkəzi və qarşısındakı meydan biabırçı vəziyyətə düşüb

Hər il dövlət büdcəsində yenidənqurma və abadlıq işləri üçün ayrılmış pullar icra başçıları tərəfindən ustalıqla mənimsənilir. Bunu bilmək üçün bircə dəfə yağışın yağması kifayət edir.
Bolgexeber.com jam.az-a istinadən xəbər verir ki, verilən məlumata görə, son bir neçə gün ərzində Lənkəranda yağan leysan yağışlar icra başçısı Taleh Qaraşovun «bacarığını» üzə çıxarıb. Məlum olub ki, 5 milyon manat vəsaitin hesabına şəhərin mərkəzində inşa edilmiş Heydər Əliyev Mərkəzinin qarşısındakı meydan biabırçı vəziyyətə düşüb. Redaksiyamıza daxil olan fotoşəkillərdən də aydın şəkildə görünür ki, həmin meydan yağış sularının altında qalıb. Bu azmış kimi, Mərkəzini binasına da su sızıb ki, nəticədə divarların aşağı hissəsində rütubətdən çatlar əmələ gəlib. Lənkəran sakinləri deyirlər ki, Mərkəzin qarşısındakı meydanın bu hala düşməsinə 15 dəqiqəlik yağış səbəb olub. Halbuki Lənkəran kimi rayonlar subtropik zona hesab edildiyindən burada meydanlar və ya hər hansı bir tikililər inşa edilərsə, əvvəlcədən suyun axması üçün traplar quraşdırılmalıdır. Lakin Taleh Qaraşov traplar üçün nəzərdə tutulan pulları yəqin ki, öz məqsədləri üçün istifadə edib. Ən azından bir neçə yüz min manatı bu şəkildə silmək mümkünləşib.