Qubanın icra hakimi pul yığımına başlayıb
30-05-2013, 10:55
Oxunub: 5 114
PA-dakı toplantıdan sonra icra başçısı pul yığımına başlayıb.Quba üsyanının ardından rayona Mingəçevirdən rəhbər kimi transfer edilən Mübariz Ağayevin adı yenidən mətbuatda səslənməyə başlayıb. Deyilənlərdən aydın olur ki, icra başçısının oğlu törətdiyi qəza nəticəsində bir nəfərin ölümünə nədən olsa da, bu hadisə Mübariz Ağayevin «səyi» nəticəsində ört-basdır edilib. Amma məsələ bu deyil.
Rayondakı qaynaqların verdiyi informasiyalardan aydın olur ki, Mübariz Ağayev bir neçə gün əvvəl qarşıdan gələn prezident seçkilərilə əlaqədar rayonun idarə müdirlərinin iştirakı ilə toplantı keçirib: «Toplantıda prezident seçkiləri əsas müzakirə mövzusu olsa da, Mübariz Ağayevin bir hədəfinin olduğu net şəkildə hiss olunurdu».
Mənbəmiz iddia edir ki, Mübariz Ağayev açıq şəkildə idarə müdirlərinin qarşısında seçkilərlə bağlı pul yığımı tələbini də qoyub: «İcra başçısı hətta bunun «yuxarıdan» sifariş edildiyini də iddia edib. Başçı bildirib ki, «onda seçkiləri idarə etmək, yola vermək üçün yetərincə pul yoxdur. Buna görə də «yuxarılar» idarə müdirlərindən və sahibkarlardan pul yığmağa göz yumulacağını deyib»».
dia.az bildirir ki, mənbənin sözlərinə görə, icra başçısının adından toplantıdan sonra bütün idarə müdirlərinə tələb olunan məbləğ barədə informasiya verilib: «Məsələn, yerli idarə müdirlərindən biri (onun adı redaksiyamıza məlumdur -red.) ondan 6 min manatın tələb olunduğunu bildirib. Eyni qaydada digər idarə müdirlərindən və sahibkarlardan da fərqli-fərqli məbləğlər istənilib».
Onu da xatırladaq ki, Mübariz Ağayevin toplantısının bu günlərdə Ramiz Mehdiyevin Prezident Administrasiyasında icra başçıları ilə keçirdiyi toplantının ardından baş tutduğu da söylənilir. Bu isə o deməkdir ki, hələ də ayaqda olan PA şefi köhnə bazara təzə nırx qoymaq istəməyib. Yəni onun təlimatı əsasında yerlərdə seçkilərə ənənəvi tədarük görülməkdədir…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər