Maliyyə İdarəsinin rəisinin evindən 1 milyon manat aparılıb?
31-05-2013, 12:20
Oxunub: 5 523
Maliyyə İdarəsinin rəisinin evindən 1 milyon manat aparıldığı deyilir; oğurluq edən dəstə əvvəlcədən bu haqda məlumatlı olub...
Bir müddət öncə Sabirabad Rayon Maliyyə İdarəsinin rəisinin evinə olunmuş gecə basqını haqda mətbuatda məlumat getmişdi. Bu hadisə ilə bağlı maraqlı təfərrüatlar əldə etmişik. Xatırladaq ki, mayın 10-dan 11-nə keçən gecə rayonun Cavad kəndində rayon Maliyyə İdarəsinin müdiri Hüseynağa Gülüşovun evinə daxil olan bir neçə şəxs ondan pul tələb edib. Yayılan məlumatlara görə, H.Gülüşov evdə olan 1500 manatı həmin şəxslərə verib.
Amma rayondakı mənbələr o vaxt gecə saatlarında Maliyyə İdarəsi rəisinin evinə hücum edənlərin qara maskalılar olduğunu bildirmiş, Gülüşovun və onun ailə üzvlərinin əl-qolunu bağlayandan sonra evdən külli-miqdarda pul və qızıl-zinət əşyaları aparıldığını demişdilər.
Sabirabaddakı mötəbər mənbədən aldığımız məlumata görə, dəstənin başçısının Vamiq Vəliyev adlı birisi olduğu deyilir. Bu adam isə Robert Əyyubovun, necə deyərlər, biznes şərikidir. Vamiq Robertin Sabirabad, Saatlı və Hacıqabuldakı fermalarını idarə edir. Rayonda çox imkanlı və nüfuzlu birisi kimi tanınır. Mənbə deyir ki, adam bahalı avtomobillərin pərəstişkarıdır. Demək olar ki, hər ay bir maşın dəyişir.
Məlumata görə, hadisədən dərhal sonra Vamiq Vəliyev saxlanılıb. Amma bir müddət sonra sərbəst buraxılıb.
Dəstə üzvlərindən biri isə “Əmməş” ləqəbli Murtuza Quliyevdir. Onun qardaşı basqın baş verən Cavad kəndinin bələdiyyə sədridir. Əmisi isə Sabirabad Şəhər Bələdiyyəsinin sədridir, atasının isə rayonda on hektarlarla torpaq sahəsi var. Rayonun olduqca imkanlı şəxslərindən sayılır.
Bu adamların isə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevlə yaxın qohumluq əlaqələrinin olduğu bildirilir. Gəzən söhbətlərə görə, onları məhz Z.Quliyevin müdaxiləsindən sonra sərbəst buraxıblar.
Məlumatlara görə, dəstə üzvlərində həmin gün Maliyyə İdarəsinin rəisinin evində 1 milyon dollardan çox pul olduğu məlumatı varmış. Pul səhəri Bakıya göndərilməliymiş. Basqınçılar da məhz həmin pulun ardınca gəliblər. “Gülüşovun mətbuata 1500 manat açıqlaması isə çox gülünc rəqəmdir” - deyə mənbə bildirir.
Mənbə deyir ki, mayın 10-dan bəri Sabirabadda bir neçə qarət hadisəsi baş verib. Bu hadisələrin isə bilərəkdən törədildiyi, əsas şübhələri gerçək basqınçı dəstənin üzərindən çəkmək məqsədi güdür.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər