Ağcabədi yollarında milyonlar necə “yuyulur”?
31-05-2013, 15:00
Oxunub: 5 637
Hər il dövlət rayonlarda yolların təmiri üçün milyonlarla manat vəsait ayırır.
Buna baxmayaraq ölkəninin bir sıra rayonlarında yollar xaraba vəziyyətdədir. Belə rayonlardan biri də Ağcabədi rayonudur. Son illər Ağcabədinin yollarının təmiri üçün dövlət milyonlarla manat vəsait ayırsa da, yollardakı çala-çuxurlar sürücülərin üzünə gülməkdə davam edir.
Redaksiyamıza Ağcabədidən daxil olan məlumatda bildirilir ki, bu ilin birinci rübündə Ağcabədi şəhərinin daxili yollarının təmiri üçün 650 462 manat vəsait ayrılıb. Bu böyük vəsait hesabına Ağcabədi şəhərinin bütün yollarını tmir etmək mümkün olsa da, Ağcabədi rayon 33 saylı Yol İstismar İdarəsinin müliri Vidadi Hüseynov bir neçə yerdə yollara «yamaq» vurmaqla kifayətlənib. 650 min manat isə təbii ki, yoxa çıxıb.
Daxil olan məlumatda bildilir ki, Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi Ağcabədi şəhəri ərazisində yolların əsaslı təmir işlərinin satın alınması üçün elan olunan tenderi Vidadi Hüseynova məxsus olan “Ağcabədi Fərid” MMC udub. İdarə müdiri təkcə bunula kifayətlənməyib. O dövlətin ayırdığı vəsaiti özünün asfalt zavodunda «yuyub».
Məlumatə əsasən hazırda Ağcabədidə iki asfalt zavodu fəaliyyət göstərir. Həmin asfalt zavodlardan biri Ağcabədi Yol İstismar İdarəsininə, digəri isə idarəninin müdiri Vidadi Hüseynova məxsusdur. Vidadi Hüsenyov demək olar ki, özünün asfalt zavodunu işlətmir. Amma buna baxmayaraq, dövlətin vəsaiti ilə çalışan Ağcabədi 33 saylı Yol İstismar İdarəsinin nəzdində fəaliyyət göstərən asfalt zavodunun istehsalı Vidadi Hüseynovun asfalt zavodunun istehsalı kimi qələmə verilir. Yəni Vidadi Hüseynov dövlət vəsaiti hesabına istehsal olunan asfaltı «özəlləşdirib» özəl şirkətin istehsalı kimi sənədləşdirir.
Məlumatda o da vurğulanır ki, Ağcabədinin şəhərdaxili yolları üçün ayrılan dövlət vəsaiti artıq çoxdan «yuylub». Bu əməliyyatda ən böyük pay isə məhz Vidadi Hseynovun asfalt zavodunun payına düşüb.
Lakin Vidadi Hüseynovun 2013-cü il birinci rübü üçün ən böyük korrupsiyası heç də Ağcabədi şəhərdaxili yollarının təmiri üçün ayralan vəsait deyil. Vidadi Hüseynovun hələlik bu il üçün ən böyük korrupsiyası Ağcabədi rayon İcra Hakimiyyəti tərəfindən Ağcabədi rayonu Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili kəndlərini birləşdirən ümumi uzunluğu 41 km olan və 17 yaşayış məntəqəsini əhatə edən yolun ilkin mərhələdə 19.4 km hissəsinin təmir işlərinin satın alınması üçün elan edilən və «Ağcabədi 33 saylı Yİİ»nin udduğu tenderlə bağlıdır. 5.000.017 manatlıq həmin layihə ilə bağlı ətraflı məlumatla növbəti yazımızda tanış olacaqsınız.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. pia.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər