Məcburi köçkündən keçmiş icra başçısına şok ittihamlar
31-05-2013, 18:20
Oxunub: 5 951
Məcburi köçkündən keçmiş icra başçısına şok ittihamlar
Bolgexeber.com-a Laçın rayonun Şeylanlı kənd sakini Baxışov Müqabil Baxış oğlu tərəfindən şikayət məktubu daxil olmuş olmuşdur.Məktubu olduğu kimi oxuculara təqdim edirik:
“Hörmətli redaksiya,2012-ci iln mart ayından başlayaraq Laçın Rayon İH-nın sabiq başçısı Ramiz Cəbrayılovun korrupsiya xəstəliyinə yoluxması barədə istər mətbuata istərsə də dövlət orqanlarına çoxsaylı müraciətlər etmişəm.Sivil yolla haqq səsimi boğmaqda aciz qalan R.Cəbrayılov həm yuxarı dairələrdəki daydayılarının, həm də Ağcabədi rayon İH-nın başçısı Ş.Məmmədovun köməyi ilə məni şərlədərək həbs etdirdi. Mən bütün dövlət orqanlarına yazırdım ki, Ramiz Cəbrayılov YAP-a yamaq, iqtidara qara ləkədir.Lakin bəzi nankor məmurlar dediklərimin doğru olduğunu bilərəkdən R.Cəbrayılovun qanunsuz əməllərinə rəvac verirdilər.
Əslində bununla vətəndaş hüquqlarım pozulur, eyni zamanda hakim YAP-a xəyanət olunurdu.Çünkü R.Cəbrayılovun daydayıları yaxşı bilirdilər ki, R.Cəbrayılov əslində YAP-dan maska kimi istifadə edir və Ulu Öndərimiz H.Əliyevin dövlətçilik ideyalarına sadiq deyil.R.Cəbrayılov məni həbs etdirdi və Ağcabədi rayon polis şöbəsinin müstəntiqi Y.İsgəndərova, Ağcabədi rayon Məhkəməsinin sədri X.Fərhadova bütün əmlakımızı əlimizdən aldırdı.Bu gün mənimlə bərabər bütün yaxınlarım onun ucbatından maddi böhran içərisində yaşayırlar.Buna baxmayaraq əsası Ulu öndərimiz H.Əliyev tərəfindən qoyulmuş, üzvü olduğum YAP-a sədaqətlə xidmət etməyə çalışıram və xidmət edəcəyəm də.
Çox təssüf edirəm ki, YAP-dan yararlanaraq rayon Məşğulluq Mərkəzinin müdiri, 91 saylı Laçın seçki dairəsinin sədri, 2008 ci ilin dekabr ayından 2013-cü ilin mart ayına kimi Laçın Rayon İH-nin başçısı vəzifələrində çalışaraq milyonlara sahib olmuş R.Cəbrayılov baxmayaraq ki, Kənd Təsərrüfatı Nazirliyində işlə təmin olunub icra başçısı postundan getməsini həzm edə bilmir,YAP-a arxa çevirir.
Bu gün R.Cəbrayılov var qüvvəsiylə çalışır ki, Laçınlı məcburi köçkünlər müxalifət partiyalarına üz tutsunlar.Bu nankorluq deyilmi? Ramiz Cəbrayılov düşünmürki bu partiyanın hesabına Ağcabədi şəhərində iki villanın və Bakı şəhərində neçə-neçə bahalı obyektlərin sahibi olub.
Hörmətli Agentlik! sizin portalınız vastəsiylə üzümü Ramiz Cəbrayılova və onun daydayarına tutub deyirəm:
Unutmayın ki, bir gün Cənab Prezidentimiz sizin də kimliyinizi biləcək və onda siz də sabiq İqtisadi inkişaf Naziri F.Əliyevin və sabiq Səhiyyə naziri Ə.İnsanovun aqibətini yaşayacaqsınız.Buna əminəm!”.
Laçın rayonun Şeylanlı kənd sakini Baxışov Müqabil Baxış oğlu
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər