Astarada işsizlik tüğyan edir
3-06-2013, 12:50
Oxunub: 6 715
Yerli icra hakimiyyəti minlərlə yeni iş yeri açıldığını, Məşğulluq Mərkəzi isə “boş yer yoxdur” deyir.
Astara rayonun əhalisi 100 min nəfərdən çoxdur. Əhalinin təqribən ¼-i şəhərdə, qalanı isə qəsəbə və kəndlərdə yaşayır. Gözəl iqlim şəraitinə görə bu rayonda orta ömür müddəti 73 ildən çoxdur .Hazırda yaşı 85-dən çox olan Astara sakinlərinin sayı 187 nəfərdir.
Amma orta ömür müddəti və uzunömürlülük barədə deyilənlər heç də rayon əhalisinin bütünlüklə firavan yaşamağının təzahürü deyil. Hazırda Astara sakinlərinin böyük bir kəsimi gündəlik çörək pulu üçün özünü, necə deyərlər, oda-közə vurmada- yaşamaq uğrunda mübarizədədir. Astara Rayon İcra Hakimiyyətinin rəsmi açıqlamasına görə 2004- 2012-ci illərdə rayonda 5 min daimi iş yeri açılmışdır. Halbuki iş tapa bilməmə səbəbindən gənclərin bir çoxu Bakıdakı tikintilərdə işləyir, bəziləri ailəsini taleyin ümidinə qoyaraq Rusyaya üz tutub. Rayonda qalanlar isə məcbur olub çox cüzi haqq müqabilində müxtəlif sahələrdə günəmuzd çalışır.
Astara şəhərində əmək yarmarkası sonuncu dəfə 18 sentyabr 2012-ci ildə keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd rayonda olan əmək qabiliyyətli qeyri-məşğul əhalinin sosial müdafiəsini gücləndirmək və onların işlə təmin edilməsinə kömək göstərmək olduğu deyilib. Yarmarkada iştirak edən vətəndaşlara 15 dövlət, 10 özəl müəssisə və təşkilat tərəfindən 200 vakant yer təklif edilib (aylıq əmək haqqı 95 manatdan 568 manatadək olub). İdarədə işsiz olaraq rəsmi qeydiyatdan keçən 320-yə yaxın iş axtaran da bu tədbirdə iştirak etdib. Amma yerli mənbəmiz bildirir ki, yarmarkanın sonunda 60 nəfərə iş yerinə göndəriş verilib, onlardan da cəmi 21 nəfəri öncədən sövdələşməyə uyğun olarq işlə təmin olunub. Qalanlarına isə müəssələrdən bildiriblər ki, bizlər sadəcə həmin tədbirdə görüntü yaratmaq xatirinə iştirak etmişik: “İndiki zamanda boş iş yeri necə ola bilər? İşdən ötrü hər gün o qədər gəlib yalvaran, “yuxarı”lardan zəng etdirən var ki…”
Mənbə bildirir ki, harda boş iş yeri varsa, onun yerini və qiymətini Rayon Məşğulluq Mərkəzinin direktoru Zeynulla Şükürov dəqiq bilir: “Seyfində restoran menyusuna oxşar xüsusi kitabça var, onun bir sürəti də icra başçısındadır. Siyahı ilə tanış olub hansısa stat vahidini tutmaq istəyən gərək kitabçada qeyd olunmayan şərtlərə əməl etsin. Sövdələşmə baş tutandan sonra təyinat üzrə göndəriş vərəqəsi yazılır. Hətta vərəqin yuxarı sağ güncünə xüsusi işarə qoyulur ki, idarə müdrü bu adamın haqq-hesabının çatdığını bilsin. “
Astara rayon Məşğulluq Mərkəzinin direktoru Zeynulla Şükürovla görüşüb, deyilənlərlə bağlı ondan mövqey öyrənmək istədik. Cənab Z. Şükürov bildirdi ki, icra başçısının xüsusi tapşırığı var, mətbuata açıqlama verə bilmərik. infom.az

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər