Səlim Müslümova söykənən talan siyasəti sakinləri cana doydurub
4-06-2013, 13:15
Oxunub: 6 138

Prezident seçkiləri yaxınlaşdıqca gözləmək olardı ki, bölgələrdə məmurlarla yerli caammat arasında münasibətlər bir az da olsa “yumşalacaq, qayda-qanunlar müvəqqəti olsa da, nisbətən bərqərar olacaq. Lakin bəzi bölgələrdə əksinə, məmur özbaşınalığı dəhşətli bir vəziyyət alıb. İcra başçıları, yerli məmurlar xalqı çapıb-talamaq, dövlətin pulunu öz şəxsi malı kimi dağıtmaqla, xərcləməklə məşğuldurlar. Vəziyyət o həddə çatıb ki, icra başçıları özlərini az qala “şah” kimi aparır, rüşvət və korrupsiya halları ilə yanaşı, hətta rayonların sosial-iqtisadi inkişafı üçün dövlət büdcəsindən ayrılan vəsaitlər belə çəkinmədən mənimsənilir, kefə-əyləncəyə xərclənilir. Küllü miqdarda var-dövlətə sahib olan belə məmurların bəziləri hətta əxlaqla bir araya sığmayan iyrənc əməllərlə də məşğul olurlar. Sadaladığımız problemlərə Şirvan bölgəsində, xüsusən də Ağsu rayonunda da rast gəlmək mümkündür.Burada baş verən dəhşətli mənzərələri izah etmək olduqca çətindir.
Ağsu ərazisinə və əhalisinin sayına görə respublikamızın kiçik bir ərazisi olsa da, bu rayonun camaatı ağı qaradan seçməyi, haqqı-ədaləti qorumağı, rüşvətxorluğa və korrupsiyaya qarşı barışmaz mövqe tutmağı ilə digər rayonlardan fərqlənir. Lakin Ənvər Seydəliyev bu rayona icra başçısı təyin olunanadan sonra vəziyyət kəskin şəkildə dəyişib. Bu da səbəbsiz deyil. Belə ki, Ə.Seydəliyevin Şirvanda sayılıb-seçilən seyid nəsilindən olması bəzən haqsızlıqların qarşısına sədd çəkir, yerli əhali arasında “seyiddir, ağır ocaqdır” tərəddüdünü yaradır. Bu günsə artıq Ağsu camaatı bu tayfanın zülmündən cana doyub.
Rayondan daxil olan məlumata görə, icra başçısının qardaşı, hazırda rayon polis şöbəsində mühüm vəzifə daşıyan Mirfazil Seydəliyev qardaşı Ənvər Seydəliyevə və dayısı Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümova arxalanaraq rayonda, necə deyərlər, “at oynadır”.
Vətəndaşlar bildirilər ki, ölkə başçısı cənab İlham Əliyev çıxışında qudurğan məmur və məmur övladları barədə danışdı. O bildirdi ki, xalqı incidən hər bir məmur və məmur övladı cəzasını alacaq. Görünür,Seyidəliyevlər cənab prezidentin bu çıxışından nəticə çıxarmayıblar. Ancaq hər bir ağsulu inanır ki, cənab prezident və cənab nazir Ramil Usubov polis zabitinin bu əməllərini bilərsə, onun cəzasız qoymayacaqlar.
Sakinlər yazır: "Artıq bu rayondakı məmur özbaşınalığı elə bir həddə çatıb ki, hətta rayondan baş götürüb qaçmaq istəyənlərin də sayı artıb. İcra başçısından ediklən şikayətlər isə təkrarən baxılması üçün onun üstünə qaytarılır. Onun isə özü barəsində tədbir görməsi nə inandırıcı deyil, nə də ağlabatan"...
Daha sonra sahinlər bildirir ki, bununla əlaqədar olaraq onlar qurultay tədarükündə olan hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyinə də müraciət hazırlayıblar: "Hətta YAP-çılar belə Seyidəlieyvlərin zülmündən cana doyublar. İmkan olsa, müraciətimizi YAP-ın qurultayında oxutduracağıq".
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Dia.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər