Kürdəmir rayonunun Ruhi Dispanseri bağlanıb
4-06-2013, 13:40
Oxunub: 5 989
Kürdəmir rayonunun Mollakənd kəndində fəaliyyət göstərən Ruhi Əsəb Dispanserinin bağlanması barədə Səhiyyə Nazirliyinin qərarı tibb müəssisənin işçilərinin narazılığına səbəb olub.
Dispanserin 64 işçisi Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının (MRX) qarşısına toplaşaraq tibb müəssisəsinin bağlanmasına qarşı çıxıblar. Onlar dispanser binasının təmir edilərək lazımı şərait yaradılmasını istəyirlər.
Kürdəmir MRX-nın baş həkimi Nizami Feyzullayev isə bildirib ki, standartlara cavab verməyən dispanserin bağlanması barədə Səhiyyə Nazirliyi tərəfindən 2012-ci ildə qərar qəbul edilib və bu günlərdə onun icrasına başlanılıb.
N. Feyzullayevin sözlərinə görə Kürdəmir rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri Ruhi Əsəb Dispanserinə baxış keçiriblər. Baxış zamanı məlum olub ki, uyğunlaşdırılmış binada yerləşən dispanserdə xəstələrin müayinə və müalicəsi üçün lazımı şərait yoxdur. Dispanserin yerləşdiyi bina əvvəllər Carlı Kəşfiyyat Qazma İdarəsinin yataqxanası kimi fəaliyyət göstərib. Dispanser 1981-ci ildə həmin uyğunlaşdırılmış binaya köçürülüb.
Baş həkimin sözlərinə görə, binanın köhnəliyi, lazımı şəraitin olmaması və xəstələrin azlığı səbəbindən dispanserin fəaliyyəti dayandırılıb. Səhiyyə müəssisəsinin 14 orta tibb işçisi yaxın vaxtlarda, 40 kiçik tibb işçisi isə mərhələli şəkildə rayonun müxtəlif səhiyyə müəssisələrində işlə təmin olunacaq. Dispanserdə müalicə olunan 35 xəstə isə valideyn və yaxınlarının razılığı ilə Maştağa Ruhi Əsəb Dispanserinə yerləşdiriləcək.
Dispanserin bu günlərdə boşaldılması nəzərdə tutulur.
Qeyd edək ki, 1.3 hektar ərazisi olan dispanserin qadın və kişilər üçün nəzərdə tutulan 8 korpusundan ikisi fəaliyyət göstərir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər