Yardımlının on bir kəndi zülmətdə…
9-09-2020, 12:28
Oxunub: 7 446
"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Yardımlı Elektrik Şəbəkəsini, necə deyərlər, "Həsənsoxdu dəyirmanı"na çevrib. Tez-tez rəisləri dəyişməklə nə düşündüyünü bilmək olmur. İndi də Emil Bədəlov adında bir məmuru şəbəkəyə rəhbər təyin edib. Və həmin Emil Bədəlov rayonumuza ayaq basandan bir sıra kəndləri işıq üzünə həsrət qoyub. Qaz, su sarıdan korluq çəkən Yardımlı əhalisinə bu azmış kimi, üstəlik elektrik enerjisi ilə də imtahana çəkirlər... Artıq neçə gündür ki, rayonun Osnakəran, Anzov, Hamarkənd, Abasabad, Zenqaran, Solqard, Alar, Şıxhüseynli, Bürzünbül, Bilnə və Seyidlər kəndlərində elektrik enerjisi fasilələrlə verilir. Elə gün olur ki, 5-6 dəfə işığı yandırıb söndürürlər. Bəzən səhər sönən işıq nəhayət axşam yanır. Kəndlərin heç birində ayrıca yoxdur.
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Yardımlı Elektrik Şəbəkəsini, necə deyərlər, “Həsənsoxdu dəyirmanı”na çevrib. Tez-tez rəisləri dəyişməklə nə düşündüyünü bilmək olmur.
İndi də Emil Bədəlov adında bir məmuru şəbəkəyə rəhbər təyin edib. Və həmin Emil Bədəlov rayonumuza ayaq basandan bir sıra kəndləri işıq üzünə həsrət qoyub. Qaz, su sarıdan korluq çəkən Yardımlı əhalisinə bu azmış kimi, üstəlik elektrik enerjisi ilə də imtahana çəkirlər…
Artıq neçə gündür ki, rayonun Osnakəran, Anzov, Hamarkənd, Abasabad, Zenqaran, Solqard, Alar, Şıxhüseynli, Bürzünbül, Bilnə və Seyidlər kəndlərində elektrik enerjisi fasilələrlə verilir. Elə gün olur ki, 5-6 dəfə işığı yandırıb söndürürlər. Bəzən səhər sönən işıq nəhayət axşam yanır. Kəndlərin heç birində ayrıc yoxdur deyə, hər hansı bir kənddə adi bir qoruyucunu dəyişməkdən ötrü on bir kəndi zülmətə qərq edirlər…
Maraqlıdır, ilin-günün bu vaxtında insanları narazı salmaq, onlara zülm etmək görəsən Emil Bədəlovun nəyinə gərəkdir və o, nə vaxt bu “özfəaliyyətə” son qoyacaq?
Elman Eldaroğlu
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər