BolgeXeber.Com » Bölgə » Daşkəsəndə etiraz aksiyası keçirilib

Daşkəsəndə etiraz aksiyası keçirilib

7-06-2013, 11:30
Oxunub: 5 483 Rayon sakinləri icra başçısının istefasını tələb edirlər

Daşkəsəndə ötən gün etiraz aksiyası keçirilib. Bolgexeber.com xəbər verir ki,jam.az-a rayondan verilən məlumatlara görə, aksiyanın təşkilatçıları yerli fermerlərdir. Səbəb isə rayonda otlaq sahələrinin məmurlar tərəfindən zəbt olunması və mal-qaralarını saxlamaq üçün artıq heç bir imkanlarının olmamasıdır.

Məlumatda deyilir ki, Daşkəsən İcra Hakimiyyətinin binası qarşısına toplaşan fermerlər icra başçısı Əhəd Abıyevdən izahat tələb ediblər. Üstəlik, onlar icra başçısına istefa verməsi üçün 3 gün vaxt veriblər. Əks təqdirdə, 3 gündən sonra fermerlər digər yerli sakinlərlə birlikdə İcra Hakimiyyətinin binası qarşısında davamlı aksiyalar keçirəcəklərini bəyan ediblər.