BolgeXeber.Com » Bölgə » Tərtər rayonu ərazisində mütəmadi olaraq dezinfeksiya işləri aparılır

Tərtər rayonu ərazisində mütəmadi olaraq dezinfeksiya işləri aparılır

24-09-2020, 16:44
Oxunub: 1 096 Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Tərtər rayonunda dezinfeksiya tədbirləri davam etdirilir. İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə tibbi-profilaktik, dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər müəyyən edilmiş qrafikə əsasən həyata keçirilir. Tədbirlər planına uyğun olaraq növbəti dezinfeksiya işləri Yeni Azərbaycan Partiyasının Tərtər rayon təşkilatının, Uşaq Gənclər İdman Şahmat məktəbinin, Azərpoçt MMC-nin Tərtər rayon filialının, Tarix Diyarşünaslıq müzeynin və Şəhər 1 saylı tam orta məktəbin inzibati binalarında aparılmışdı