Yevlaxın icra başçısının obyektində şıdırığı insan alveri iddiası
7-06-2013, 14:05
Oxunub: 6 509
Bir qrup Yevlax sakini müraciət edərək rayonda əxlaqsızdıq yuvasının fəaliyyət göstərməsindən və ən dəhşətlisi həmin əxlaqsızlıq yuvasının Yevlax rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədova məxsus restoranda yerləşdiyindən şikayətlənib. Şikayətçilər bildirirlər ki, onlar dəfələrlə bu əxlaqsızlıq yuvasının bağlanması üçün müraciət etsələr də, «Şəms» restoranındakı insan alveri hər gün daha da böyüyür.
Şikayətçilər xatırladırlar ki, bir müddət əvvəl, daha doğrusu mayın 15-də sosial şəbəkəyə əsaslanaraq anspress Yevlaxda bir restoranda fahişələrin müştərilərlə «bazarlığının» görüntülərini yaymışdı. Daha sonra həmin video görüntü saytlardan və «YouTube» sosial şəbəkəsindən çıxarıldı.
Həmin videodakı görüntülərin məhz «Şəms» restoranında çəkildiyini bildirən şikayətçilər bildirirlər ki, Yevlaxda hamı bilir ki, həmin restoran icra başçısı Qoca Səmədova məxsusdur. Qoca Səmədov həmin obyektini Vaqif adlı şəxsə icarəyə verib və elə o zamandan da «Şəms» restoranı pritona çevrilib. Bildilir ki, restorana qızları Vaqifin sağ əli olan Gəncəli Mətanət adlı qadın işlədir və adətən müştərilərlə bazarlıqları da bu qadın aparır.
Həmçinin şikayətçilər onu da qeyd edirlər ki, icra başçısı Qoca Səmədov hazırda həmin ərazidə tikinti işləri aparır və yeni restran binası tikir. Yeni bina istifadəyə verildikdən sonra isə «Şəms» restoranı yeni binaya köçürüləcək.
Bildirilir ki, tikitiyə nəzarət edən icra başçısının adamları hər gün «Şəms» restoranında nələrin baş verdiyini öz gözləri görürlər. Hərdən bir isə tikintiyə baxmaq üçün Qoca Səmədovda yolunu həmin ərazidən salır. İcarəyə verdiyi obyektdə şıdırığı insan alverinin getdiyindən xəbərdar olan icra başçısı isə susur. Daha doğrusu həmin obyekti daha da genişləndirmək üçün tikintilər aparır. Sakinlə bildirirlər ki, onların müraciət etməkdə məqsədləri bu rəzalətə tezliklə son qoyulmasıdır. Çünki Yevlaxda dövlət qurumlarına olunan müracəitlər nəticəsiz qalır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
pia.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər