İki icra başçısı üz-üzə
7-06-2013, 14:10
Oxunub: 5 653
Zərdabın icra başçısı onun dayısı oğlu Tofiq Abdullayevi vəzifədən azad etdi
Keçən saylarımızda Zərdab Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Lütvəli Babayevin Prezident Administrasiyasına (PA) çağırılması barədə xəbər vermişdik. Yazmışdıq ki, icra başçısı vəzifəsində yol verdiyi ciddi nöqsanlara, həmçinin vətəndaşları incitdiyinə görə, Administrasiya rəhbərliyi tərəfindən tənqidlərə məruz qalıb.
Bakıda eşitdiyi tənqidlərdən sonra rayona qayıdan icra başçısı isə haqqında mətbuata informasiya sızdıran şəxslərin axtarışına çıxıb. Dünən rayondakı mənbələrdən aldığımız məlumatlara görə, icra başçısı aqrar məsələlər üzrə müavini olan Tofiq Abdullayevi tutduğu vəzifədən azad edib. Buna səbəb isə başçının ondan şübhələnməsi olub: «İcra hakimi elə bilib ki, onun barəsində mətbuat orqanlarına bütün məlumatları müavini ötürür.
Bu səbəbdən də təcili qəbul edilmiş qərarla onu işdən çıxarıb». Mənbə həmçinin bildirir ki, işdən xaric edilən müavin Quba Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Mübariz Ağayevin dayısı oğludur: «Qubanın rəhbəri dayısı oğlunun vəzifədə saxlanılması üçün Lütvəli Babayevdən dəfələrlə xahiş edib. Amma Zərdabın başçısı həmkarının çoxsaylı xahişlərinə məhəl qoymayaraq onun yaxın qohumuna qapını göstərib. Deyilənə görə, Qubanın rəhbəri həmkarının bu hərəkətindən bərk əsəbləşib, gec-tez bunun əvəzini ondan çıxacağını bildirib» /gundelik-baku/.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər