BolgeXeber.Com » Bölgə » İcra başçısı sevdasına düşən deputat

İcra başçısı sevdasına düşən deputat

8-06-2013, 10:20
Oxunub: 5 510 Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, Xaçmazın gediş ərəfəsində olan ahıl icra başçısı Şəmsəddin Xanbabayevin yerinə tamahlanan 55 aylı Xaçmaz seçki dairəsindən deputat seçilmiş Arif Əşrəfovun belə bir niyyətdə bulunması heç də «yuxarılar» tərəfindən olumlu qarşılanmayıb.

Bu barədə daxil olan son məlumatlardan aydın olur ki, özü barəsində mətbuatda imic formalaşdırma marağını ciddi-cəhdlə güdən deputatın bu təşəbbüsləri əks-effekt verib. Bilgili qaynağın söylədikləri:

«Arif Əşrəovun hələ deputat seçilməsinin özü belə o zaman kifayət qədər ciddi polemikaya nədən olmuşdu. Hətta seçki prosesində vurularaq kənara atılan keçmiş deputat Lalə Abbasova məhkəməyə də müraciət etmək istəyirdi. Lakin sonradan ona bu fikrindən vaz keçməsi məsləhət görüldü».

Mənbəmiz iddia edir ki, Arif Əşrəfov da deputat seçilə bilməsi üçün külli miqdarda pul verdiyindən indi də eyni qaydada icra başçısı ola biləcəyini zənn edir: «Fransaya sığınan ABU-nun keçmiş rektoru Elşad Abdullayev konkret dəlillərlə sübuta yetirdi ki, Prezident Administrasiyası rəhbərliyi parlament seçkilərinə həm də bir bazar kimi yanaşıb və nəticədə böyük həcmdə gəlir əldə edib. Bu «bazarın müştəriləri» sırasında isə Arif Əşrəfov da olub. O da təxminən keçmiş rektor qədərində pula mandat sahibi ola bilib. Yəni Elşad Abdullayevdən fərqli olaraq Arif Əşrəfov aldadılmadı və bu barədə ona seçkidə uduzdurulan hakimiyyətin digər əsas namizədi də məlumatlı idi».

Mənbəmiz iddia edir ki, məhz bu kimi səbəblərdən özünü kifayət qədər əmin aparan Arif Əşrəfov hətta bu günlərdə Xaçmazdan olan bir neçə şikayətçini qəbul edərkən, onlara mesajını da ötürüb: «Sakinlər icra başçısından deputata şikayət ediblər. Arif Əşrəfov da deyib ki, narahat olmayın, yaxın vaxtlarda özüm rayona rəhbər gələcəm. O zaman problemlərinizi yerindəcə həll edəcəm».

İddia olunanlarla bağlı bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Dia.az