Lənkəranda AXCP rəhbərliyinə hücum olub
9-06-2013, 16:20
Oxunub: 4 779
AXCP nümayəndələrinin avtomobilinin qarşısını yük maşını ilə kəsməyə çalışıblar və bu zaman qəza vəziyyəti yaranıb.
İyunun 9-da AXCP Lənkəran şöbəsinin müşavirəsi keçirilməli idi. Bu məqsədlə Bakıdan partiya sədrinin müavini Fuad Qəhrəmanlı, sədrin müşaviri Asif Yusifli və Rəyasət Heyətinin üzvü Mənsum Bayramov rayona ezam olunub. Partiyanın Bakıdan gedən rəhbər şəxslərini Lənkəran şöbəsinin fəalı Nazim Həsənov müşaiyət edib.
Lakin onlar Lənkərana daxil ola bilməyiblər. Lənkəranın girəcəyində rayon rəhbərliyinin təşkil etdiyi hücuma məruz qalıblar. Rayon İcra Hakimiyyətinin və polisin himayə etdiyi açıq-aydın hiss olunan bir dəstə öyrədilmiş adam əllərində daş, yumurta, dəmir və taxta dəyənəklərlə AXCP nümayəndələrinə basqın edib, onlara xəsarət yetirməyə çalışıblar. AXCP nümayəndələri avtomobillə basqınçıların əhatısindən çıxaraq geriyə hərəkət etmək istəyiblər. Lakin basqınçılar cəbhəçilərin olduğu, M.Bayramova məxsus avtomobilə ciddi zərər vurublar. Avtomobilin arxa və yan şüşələri sındırılıb, müxtəlif hissələri əzilib. Şüşələrin qırılması səbəbindən AXCP nümayəndələri müxtəlif dərəcəli xəsarətlər alıblar.
Bundan başqa, AXCP nümayəndələrinin avtomobilinin qarşısını yük maşını ilə kəsməyə çalışıblar və bu zaman qəza vəziyyəti yaranıb.
AXCP rəhbərliyi basqınçılardan xilas olaraq Bakıya, geri qayıtmağa başlayıblar. Ancaq təşkil olunmuş dəstə onları təqib edib və partiya nümayəndələri Liman qəsəbəsində ikinci dəfə hücuma məruz qalıblar.
Köşə yazarı Zümrüd Yağmur hadisə ilə Facebook səhifəsində bunları yazıb: "Fuad Qəhramanlıya hücum olduqdan az sonra mənimlə telefon əlaqəsi saxlayıb orda olanların müxtəlif xəsarət aldığını, Mənsum Bayramova məxsus maşınınsa tamamən əzilməsini bildirdi. Maşının qarşısını Lənkarana girişdə KAMAZ markalı maşınla kəsib arxadan da əllərində daş, dəmir dəyənəklər olan adamlarla hücum ediblər. Ordan bir təhər uzaqlaşmağa nail olandan sonra da bir müddət onları izləyib yenidən hücum ediblər".
Xatırladaq ki, Müsavat başqanı İsa Qəmbərin də Lənkərana səfərinin qarşısı iki dəfə müxtəlif təxribatlarla alınıb, Müsavat təmsilçilərinə hücum
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər