Masallıda II Beynəlxalq Folklor Festivalı keçiriləcək
11-06-2013, 22:05
Oxunub: 4 644
İyunun 12-dən 15-nə qədər Masallıda Heydər Əliyevin xatirəsinə həsr olunmuş II Beynəlxalq Folklor Festivalı keçiriləcək. Festivalda Azərbaycan, Belarus, Dağıstan, Gürcüstan, İran, Qazaxıstan, Latviya, Ukrayna, Rusiya, Türkiyəni təmsil edən 16 folklor qrupu öz bacarıqlarını nümayiş etdirəcəklər. Ümumilikdə festivala 300 qonaq təşrif buyuracaq.
Tədbirin Təşkilat Komitəsi Festivalın proqramını açıqlayıb. Proqrama əsasən festivala, 13 iyunda Heydər Əliyevin Masallıdakı abidəsinin ziyarəti və Heydər Əliyev meydanından yürüşlə start veriləcək. Elə həmin gün qonaqlar Nizami Gəncəvi adına parkda sərgi ilə tanış olacaqlar. Axşam saatlarında isə kollektivlərin iştirakı ilə açılış konserti təşkil ediləcək.
Festival müddətində “Halay” folklor kollektivi, “Masallı” rəqs qrupu, Ağdam, Zaqatala, Dağıstan, Türkiyə, Rusiya, İran və Latviyanın folklor kollektivləri rayon mərkəzində, qəsəbə və kəndlərdə, turizm-istirahət obyektlərində rəngarəng proqramlarla çıxış edəcək, Masallı xalq yaradıcılığı nümunələri nümayiş olunacaq. 15 iyunda bütün kollektivlərin iştirakı ilə baş tutacaq final konserti və atəşfəşanlıqla festivala yekun vurulacaq.
Təşkilat komitəsindən verilən məlumata görə, Masallıda II Beynəlxalq Folklor Festivalına hazırlıq işləri təkcə bədii kollektivlərin sənətinin təkmilləşməsi, onların gündəlik məşqləri ilə bitməyib. Hazırlıq daha geniş miqyası – şəhərin abadlıq və təmizliyindən tutmuş, qonaqların yerləşdirilməsi, istirahəti və ekskursiyalarına kimi vacib tədbirləri əhatə edib.
“Tədirin təşkilatçıları festivalın yenə də yüksək səviyyədə keçirilməsi, Masallı folklor ənənələrinin zənginliyi, cənub qonaqpərvərliyini bir daha dünyaya yayılması üçün maksimum səylə çalışıblar. İşlər tam yekunlaşıb, Masallı beynəlxalq tədbirə ev sahibliyi etməyə tam hazırdır”-deyə məlumatda bildirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər