BolgeXeber.Com » Bölgə » "Yeni icra başçısının savadsız və rüşvətxor olduğunu artıq bütün şamaxılılar bilir"

"Yeni icra başçısının savadsız və rüşvətxor olduğunu artıq bütün şamaxılılar bilir"

11-06-2013, 22:35
Oxunub: 6 197 Prezident gedəndən sonra isə icra başçısı yoxa çıxıb

Bolgexeber.com-un redaksiyasına Şamaxı sakinlərinin adından şikayət məktubu daxil olmuşdur.Məktubda Şamaxı sakinləri yeni icra başçısının yarıtmaz idarəçiliyindən narazıçılıqlarını bildirirlər.Məktubu olduğu kimi oxuculara təqdim edirik:
“Salam.Bu yazını sizə Şamaxı sakinləri adından yazırıq.Xahiş edirik ki,şikayətimizi saytınızda işıqlandırasız ki, sizin vasitənizlə cənab prezidentində xəbəri olsun.Çünki bu vaxta qədər yuxarı orqanlara yazdığımız heç bir şikayətə baxılmamışdır. Şamaxıda əməlli başlı özbaşınalıqdır.Rayonun yiyəsi yoxdur.Keçmiş icra başçısı bir ildən artıq Şamaxını yeyib taladı.Yalnız ayın 10 gününü rayonda olurdu.Yeni icra başçısı təyin olunanda ümidləndik ki,bəlkə tale bizim üzümüzədə gülər.Amma tam əksinə oldu.Yeni başçı Asif Ağayevdə təyin olunduqdan sonra prezidentin Şamaxıya səfərə gələcəyinə görə mərkəzi iki küçəni düzəltdirdi.Bir neçə binanın görünən yerini rəngləntdirdi.Bununlada işlər yekunlaşıdı.Amma yoxlasanız görərsiz ki,Şamaxının bütün daxili mərkəzi yolları bərbad vəziyyətdədir.Kanalizasiya və su sistemi normal işləmir,işıq və qaz tez-tez sönür.Biz cənab prezidentə bildirmək istəyirik ki,yeni başçı Asif Ağayev onu aldadaraq,rayona ayrılan pulları mənimsəyib.Yalnız onun gəlişinə görə iki küçə düzəltdirib.Prezident gedəndən sonra isə icra başçısı yoxa çıxıb.Bəzi mənbələr bildirirlər ki,bu hadisələrdən prezident xəbər tutub,ona görə başçını danlayıb,başçı infakt keçirdib.Hal-hazırda Türkiyədə əməliyyat olunub.Bəziləri isə danışırlar ki,başçı daha işinə qayıtmayacaq,xəstəlik adı ilə özü istefa verəcək.(Başçının neft şirkətində işləyərkən yüksək məbləğdə pul yeyintisinə görə infakt keçirtdiyini yəqinki hamı eşitmişdi)http://www.musavat.com/new/%C3%96lk%C9%99/144507-%C5%9EAMAXININ_YEN%C4%B0_BA%C5%9E%C3%87ISININ_K%C3%96HN%C6%8F_KORRUPS%C4%B0YA_%C6%8FM%C6%8FL%C4%B0
Şamaxı İcra hakimiyyətindəki etibarlı mənbədən bildiriblər ki,həqiqətən başçının xəstəlik adı ilə yola salınacağı doğrudur.Çünki o cənab prezidentin etimadını doğrultmayıb,prezident Şamaxıya səfəri zamanı işlərdən razı qalmayıb.Bu dəqiqə rayonda öz başınalıqdır.Bütün idarə və təşkilatlar öz kefindədir,işləyən yoxdur.Deyilənlərə görə Şamaxıda başçıların başının belə tez əkilməsi (Asif Məmmədov bir il yarım,Asif Ağayev isə beş ay işləyib) 1-ci müavin Qasım Qasımovun işidir.Çünki o başçılardan yuxarılara məlumat ötürərək torbasını tikir ki,özü başçı olsun.Amma inanırıq ki vaxti ilə indiki hakimiyyətə müxalifətdə olan,rüşvətxor,savadsız,iş bacarmayan bir şəxsin başçı olmasına cənab prezident heç vaxt razılıq verməz.Çünki Qasımovun rayonda qəti hörməti və nüfuzu yoxdur .Bizim rayona normal,iş bacaran bir şəxsin başçı təyin olunmasını istəyirik.Asif Ağayevin savadsız və rüşvətxor olduğunu artıq bütün şamaxılılar bilir.Onun rayon tədbirlərində yazını üzündən belə oxuya bilməməsi həmişə gülüş hədəfi olmuşdur.Belə bir şəxsin Şamaxı kimi rayona icra başçısı qoyulması Şamaxı üçün təhqirdir.Biz Şamaxılılar çox xahiş edirik ki,prezident bizi bu bəladan qutarsın.Əks halda rayon əhalisinin mitinqlər keçirməsi qaçılmaz olacaq.Əvvəlcədən təşəkkürlər”.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq .
Bolgexeber.com