BolgeXeber.Com » Bölgə » AVP Salyan rayon təşkilatının konfransı keçirilib

AVP Salyan rayon təşkilatının konfransı keçirilib

13-06-2013, 14:45
Oxunub: 5 292 Bolgexeber.com bildirir ki, Ana Vətən Partiyası Salyan rayon təşkilatının konfransı keçirilmişdir. Konfransın işində rayon təşkilatının 59 nəfərlik nümayəndə heyəti iştirak etmişdir. Konfransda təşkilati məsələlər müzakirə edilmiş, 15 nəfərdən ibarət rayon məclisi və 3 nəfərdən ibarət Nəzarət Təftiş Komissiyası seçilmişdir. Həsənov Həsənbala Həbib oğlu Salyan rayon təşkilatının sədri seçilmişdir.
Eyni zamanda partiyanın VI Qurultayında rayonu təmsil edəcək 5 nəfər nümayəndə müəyyənləşdirilmişdir.
Konfransın işində həmçinin AVP Mərkəzi Aparatının rəhbəri Elçin Ağamalı və sədrin müşaviri Qalib Əhmədov iştirak etmişlər. Onlar çıxışlarında partiyanın gördüyü işlər, partiyanın qarşısında duran məsələlər və ölkədə gedən siyasi proseslər haqqında ətraflı məlumat vermişlər.
Konfransdan sonra rayon məclisinin iclası keçirilmiş, nizamnaməyə uyğun olaraq partiya rayon məclisinin sədri, partiya rayon təşkilatı sədrinin təqdimatı ilə sədr müavini, qadınlar şurasının sədri və gənclər təşkilatının sədri seçilmişdir.