Masallıda II Beynəlxalq folklor festivalı
13-06-2013, 15:25
Oxunub: 5 334
Festivalın kosnert proqramı axşam saatlarında da davam edəcəkdir.
Bolgexeber.com xəbər verir ki,13 iyun 2013-cü il tarixdə Masallı şəhərində Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar II Beynəlxalq Folklor Festivalının açılış mərasimi olmuşdur. Festival rayon İcra hakimiyyətinin başçısı, Mədəniyyət və Turizm Nazirinin müavini eləcədə rayonun hquq mühafizə orqanı, ziyalıları, ağsaqqalları, idarə, müəssisə və təşkilat rəhbərlərinin Ulu öndər Heydər Əliyevin abidəsi önünə təzə tər çiçəklərin düzülməsi ilə başlanılmışdır.
Sonra Azərbaycan, Türkiyyə, İran, Gürcüstan, Rusiya, Dağıstan, Latviya, Ukraniya və Qazaxıstannın folklor qrupları Masallı rayon İcra hakimiyyətinin qarşısındakı meydana toplaşaraq II Beynəlxalq Folklor Festivalına start verdilər. Bütün folklor qrupları öz ölkəsinin folklor nümunələrini nümayiş etdirdikdən sonra rayon Gənclər Mərkəzi istiqamətində möhtəşəm yürüşə başladılar. Tədbir iştirakçıları rayon Gənclər Mərkəzinin qarşısında Azərbaycanın və eləcədə cənub bölgəsinin müxtəlif sənətkarlıq nümunələri, milli mətbəximiz, əl işləri, rəsm qaleriyaları və yazarlarımızın əsərləri ilə əhatələnmiş sərgi ilə tanış oldular.
Festivalın kosnert proqramı axşam saatlarında Masallı şəhərindəki Heydər Əliyev parkında müxtəlif ölkələrdən olan folklor qruplarının musiqili çıxışları ilə davam edəcəkdir.
Masallı şəhərində Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar təşkil edilmiş II Beynəlxalq Folklor Festival 16 iyun 2013-cü il tarixə kimi rayonun digər ərazilərində təntənəli şəkildə qeyd ediləcəkdir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər