BolgeXeber.Com » Bölgə » Yevlaxda insanlara at əti yedizdirənlər aşkarlandı

Yevlaxda insanlara at əti yedizdirənlər aşkarlandı

22-06-2013, 10:45
Oxunub: 5 156 Hazırda faktla bağlı araşdırma aparılır

Yevlax rayonunda qanunsuz at əti istehsal etməkdə şübhəli bilinən sex aşkar edilib. Bolgexeber.com 4xəbər verir ki, bu barədə Respublika Baytarlıq İdarəsinin baş baytar həkimi Vaqif Mirzəyev məlumat verib.

Onun sözlərinə görə, Respublika Baytarlıq İdarəsinə daxil olan siqnala əsasən baytarlıq idarəsinin və epizotiya əleyhinə ekspedisiyanın əməkdaşları bölgəyə ezam olunublar. Keçirilən reyd zamanı məlum olub ki, Yevlax rayon Qaraqoyunlu kənd sakini Şükür İsgəndərovun həyətində at tövləsi, heyvanlar üçün kəsim yeri və kəsilən ətlərin saxlanılması üçün soyuducu mövcuddur. Burada kəsilmiş heyvanların ətindən nümunələr götürülüb və laboratoriyaya göndərilib. Ərazi isə nəzarət altına alınıb.