Masallıda gənclər Beynəlxalq Forum keçirir
23-06-2013, 11:30
Oxunub: 4 876
Masallıda rayonunda keçirilən “Şərq Tərəfdaşlığı Gənclər Şəbəkəsi” - Regional Platforma Modeli adlanan Beynəlxalq Forumu
Bolgexeber.com xəbər verir ki, 20 İyun 2013-cü il tarixdə Masallı rayon Gənclər Mərkəzində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə ADTGT-nin həyata keçirdiyi yeni layihə “Şərq Tərəfdaşlığı Gənclər Şəbəkəsi” - Regional Platforma Modeli adlanan Beynəlxalq Forumun açılışı olub.
Tədbirdə Ali Şərq tərəfdaşlığı Platformasına daxil olan Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və eləcə təşəbbüsə dəstək verən Polşa, İsveç, Almaniya, Çexiya və Ruminiya ölkələrindən 22 gəncin və eləcədə Masallı gənclərinin iştrak etdiyi Beynəlxalq Forumu giriş sözü ilə açan ADTGT-nin sədri Asif əsgərli çıxış edərək bildirdi ki, Layihənin ölkə gənclərinin Beynəlxalq aləmə inteqrasiyası, beynəlxalq əlaqələri, ŞT Platforması çərçivəsində gənclərin əməkdaşlığı təşəbbüsünün, Azərbaycanın, onun gənclər siyasətinin təbliğ olunması eləcədə imicinin yüksəlməsi sahəsində rolunun yüksək olduğunu bildirib.
Tədbirdə Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək tədbir iştirakçılarını salamladı, sonra Ölkə Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq tədbirlər planında nəzərdə tutulan bəndlərin həyata keçirilməsini Azərbaycan gənclərinin eləcə də rayon gənclərinin həyatında müsbət dəyişikliklər olduğunu nəzərə çatdırılıb.
Daha sonra Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək bildirib ki, Son illər Azərbaycanda gedən hüquqi, demokratik dövlət quruculuğu prosesində gənclərin müstəsna rolu danılmazdır. Azərbaycan gəncliyi bu gün cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi iştirak edir və öz sözünü deyir. Qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsindən danışılıb.
Günün Sonunda Masallı Bəyannaməsi qəbul edildi. Forumun iyun ayının 24-nə qədər davam etməsi nəzərdə tutulur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər