İcra başçısının müavini rayonda ağalıq edir
24-06-2013, 10:05
Oxunub: 4 364
İcra başçısının birinci müavini qarşısına çıxan və gözünə qəribə görünən adamları sutkalıq həbs elətdirir
Sabirabad rayonundan qəribə xəbərlər gəlməkdədir. Bolgexeber.com bildirir ki,jam.az-ın əldə etdiyi məlumata görə, əsasən də xəbərlər rayon icra başçısının birinci müavini Həsən Həsənovla bağlıdır. Daha doğrusu, onun gördüyü əməllər və etdiyi hərəkətlərdən ibarətdir.
Məlumatlarda bildirilir ki, Həsən Həsənov qısa müddət ərzində iki elə hərəkətə yol verib ki, bu olaylardan sonra əksəriyyət onun psixoloji problemlərinin olduğunu düşünməyə başlayıb. Belə ki, icra başçısının birinci müavini bir-iki gün əvvəl rayonda Poçt küçəsi kimi tanınan küçənin asfaltlanmasına nəzarət edirmiş. Bu zaman uşağı ağır xəstə olan rayon sakinlərdən biri övladını xəstəxanaya aparan zaman bilmədən həmin yeni asfaltın üzərinə çıxmalı olub. Həsən Həsənov da bunu görərək əraziyə polis çağırtdırıb və həmin şəxsin 5 sutka həbs edilməsi barədə tapşırıq verib. Polis də təbii ki, bu tapşırığı icra edib.
Amma icra başçısının birinci müavininin işləri bununla bitməyib. Həsən Həsənov rayonun mərkəzində dolaşarkən onun maşının altına külək zir-zibil gətirib. Bundan bərk qəzəblənən müavin Sanitar-Epidemologiya Stansiyasının rəhbərini çağıraraq ki, küçələrin niyə bu vəziyyətdə olduğunu soruşub. Sonra isə maşınını saxladığı dükanın sahibini 80 manat cərimələtdirib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər