Ağsuda bələdiyyə sədri korrupsiyada ittiham olunur
26-06-2013, 19:40
Oxunub: 5 119
Ağsudan olan bir qrup sakin mərkəzi hakimiyyət orqanlarından yardım istəyir
Ağsu rayonu 2-ci Aratlı kəndinin sakinləri kənd bələdiyyəsinin sədri Babasəd Aslanovdan şikayətçidirlər. “Kənddə yol çəkilişi layihəsi üçün Asiya İnkşaf Bankı pul ayırdı. Bu lahiyənin baş tutması üçün kənd əhalisinin rolu danılmazdır. Yol çəkilişi zamanı bələdiyyə sədri kənddə bir düz xətt boyunca heç bir standarta uyğun olmayan yol çəkib. Halbuki layihədə kəndin kücələrinə də yol cəkilişi nəzərdə tutulurdu. Bələdiyyə sədri isə özünün və qohumlarının həyətinə qədər asfalt örtüyü çəkdirib”, -deyə şikayətçilərdən biri əməkdaşımızla söhbətində bildirdi.
O, B.Aslanovun artıq üç dəfə bələdiyyə sədri olduğunu deyir: “Onun seçicilərin səsini qazanmasına şübhə edirik. Onun öz kabinetində oturduğu kimsənin yadında deyil. Bəldiyyə xərcləri yalnız kağız üzərində həll olunur. Rayonun adı Ağsu olsa da, kənd camaatı yaxınlıqda olan çayın suyuna həsrət qalıb, səbəb isa bələdiyyənin bu işlə maraqlanmamasıdır”.
Şikayətçinin sözlərinə görə, kənd camaatı aidiyyəti qurumlardan bələdiyyənin maliyyə xərclərinin yoxlanması və yol çəklişi zamanı edilən haqsızlığın aradan qaldırılması üçün layihə ilə bağlı uzləşmə aparılmasını xahiş edir: “Rayon daxilinda bu adamdan şikayət etməyin hec bir mənası yoxdur. Sakinlərin ümidi ölkənin əsas qurumlarınadır”.
Şikayətlə bağlı Aratlı kənd bələdiyyəsinin sədri Babasəd Aslanovla əlaqə saxladıq. Lakin o, ittihamları təkzib edərək, yolun çəkilişinin qanunuyğun şəklində aparıldığını bildirdi: “Kəndə yol çəkilişi layihəsini Asiya İnkşaf Bankı maliyələşdirmişdi. Ancaq bu vəsait yetərli deyildi, kənd sakinlərinin dəstəyinə ehtiyac var idi. Sakinlər isə vergi vermədilər”.
Bələdiyyə sədri bu sözləri deyib, telefonunu qapatdı. Onunla yenidən əlaqə saxlamaq cəhdlərimiz isə baş tutmadı.
bizimyol.info
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər