BolgeXeber.Com » Bölgə » Üsyan yaradan keçmiş icra başçısı yenidən vəzifəyə gətirilir

Üsyan yaradan keçmiş icra başçısı yenidən vəzifəyə gətirilir

27-06-2013, 13:30
Oxunub: 4 828 Ziya Məmmədov Rauf Həbibovu unutmayaraq, onu öz yanına gətirir

Keçən ilin 1 mart hadisələri zamanı icra başçısı postunu itirən, evi yandırılan və bir üsyan atəşinin mərkəzində dayanan fiqur kimi diqqətə gələn Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibovla bağlı redaksiyamıza ilginc məlumat daxil olub.

Bu barədə danışan bilgili qaynaq iddia edir ki, Rauf Həbibov hələ icra başçısı olarkən də böyük biznesə malik idi. Mənbənin söylədikləri: «O, Ziya Məmmədova yaxın iş adamı hesab olunur. Bu gün də nəqliyyat nazirinin himayəsi altındadır. Yaxın günlərdə isə onun NN-də yüksək vəzifəyə təyin ediləcəyi gözlənilir».

Mənbəmiz bildirir ki, artıq bu barədə NN-də də məlumatlıdırlar: «Onun hansı vəzifəyə gətiriləcəyi dəqiq bilinməsə də, aydın olanı odur ki, Ziya Məmmədov adamını sahibsiz buraxmadı».

Xatırladaq ki, Rauf Həbibov aşağıdakı videoqalmaqalla start götürən üsyanın nəticəsində devrilib.