BolgeXeber.Com » Bölgə » Baş prokuror rayonlarda vətəndaşları qəbul edəcək

Baş prokuror rayonlarda vətəndaşları qəbul edəcək

27-06-2013, 13:40
Oxunub: 4 648 Şəki, Qax, Qəbələ, Balakən, Oğuz və Zaqatala rayonlarında
yaşayan vətəndaşların nəzərinə

Baş Prokurorluğunun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə Baş Prokurorluğunun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov tərəfindən cari il iyulun 12-də saat 11:00-da Şəki rayon prokurorluğunun inzibati binasında Şəki, Qax, Qəbələ, Balakən, Oğuz və Zaqatala rayonlarında yaşayan vətəndaşların qəbulu keçiriləcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Şəki şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected], elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.