BolgeXeber.Com » Bölgə » Göyçayda biabırçı hadisə yaşanıb

Göyçayda biabırçı hadisə yaşanıb

28-06-2013, 09:15
Oxunub: 4 819 Ziya Məmmədov «qoşun»larını Göyçaya yeritdi
Rayonda biabırçı hadisə yaşanıb, İsa Qəmbərin yas yerinə gələcəyinə görə hüzür mərasiminin sahibindən mağarı sökməsini tələb ediblər

Göyçay rayonun yerli hakimiyyəti biabırçı hərəkətə imza atıb. Həmin rəzalət isə Müsavat başqanı İsa Qəmbərin rayona gələcəyi ilə bağlı məlumatın yayılması ilə əlaqədar olub.
Müsavat Partiyası sədrinin müavini Gülağa Aslanlının verdiyi məlumata görə, iyulun 27-də onlar partiyanın üzvlərindən birinin hüzür mərasimində iştirak etmək üçün Göyçaya gəliblər. Lakin rayonun İcra Hakimiyyəti və polisi saat 16:00-dan 20:00-a kimi fövqəladə vəziyyətdə fəaliyyət göstəriblər. «Telefonların dinlənilməsi vasitəsi ilə bu barədə məlumat əldə edən Göyçay rəsmiləri Müsavat başqanı İsa Qəmbərin də rayona təşrif buyuracağı barədə yanlış məlumat alıblar. İş o həddə çatıb ki, icra nümayəndəsi hüzür məclisinin sahibində həyətdə quraşdırılmış çadırın sökülməsini tələb edib».
Bu əsnada baş verən olayla bağlı maraqlı bir məlumat da yayılıb. Jam.az xəbər verir ki, hüquq müdafiəçisi Vidadi İsgəndərlinin Facebookda yayımladığı məlumata görə, rayonda müxalifətçiləri repressiyaya məruz qoymaq üçün Bakıdan xüsusi idmançı dəstələr gətirilib. Hüquq müdafiəsinin verdiyi xəbərdə vurğulanır ki, həmin idmançıları isə Göyçaya nəqliyyat naziri Ziya Məmmədov göndərib.