Zərdab İcra Hakimiyyətindən ittihamlara cavab
31-12-2020, 11:20
Oxunub: 5 836
Vətən müharibəsində yaralanmış, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mirzəliyev Roman Aleksandr oğluna heç bir köməklik göstərilməməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülərə cavab
Bildiririk ki, Roman Mirzəliyev yaralı vəziyyətdə Yevlax RMX-da müalicə olunarkən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab bölməsinin əməkdaşları tərəfindən evlərində atası ilə görüş keçirilmiş, problemləri ilə maraqlanılmışdır.
Daha sonra yaralı hərbçi evə buraxıldıqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab bölməsinin rəis müavini mayor Vüsal Mirzəyevin, bölmənin anbar rəisi, müfəttiş Şamxal Mikayılovun və rayon fəallarının iştirakı ilə ailə ilə görüş keçirilmiş, ailəyə ərzaq yardımı edilmişdir.
09 dekabr 2020-ci il tarixdə isə Rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə başçının müavini vəzifəsini icra edən Xəyalə Veyisova, şöbə müdiri Ramiz Məmmədov, müdir müavini Murad Həsənov, SHXÇDX-nin Zərdab bölməsinin rəis müavini Vüsal Mirzəyevin iştirakı ilə yenidən ailə ilə görüş keçirilmiş, ərzaq yardımı olunmuşdur. 25 dekabr 2020-ci il tarixdə isə Roman Mirzəliyevin anası və nənəsi Rayon İcra Hakimiyyətində icra hakimiyyətinin başçısı tərəfindən qəbul edilmiş, onları narahat edən məsələlər dinlənilmişdir.
Əlavə olaraq bildiririk ki, yaralının müayinə olunması üçün evlərinə müxtəlif vaxtlarda dəfələrlə Zərdab Rayon Mərkəzi Xəstəxanasında işləyən cərrah həkimlər - Cabir Əhmədov, Araz Dadaşov, travmatoloq Rusif İsmayılov və tibb bacıları göndərilmişlər. Ailə hazırda da rayon icra hakimiyyətinin nəzarəti altındadır.
Zərdab Rayon İcra Hakimiyyəti
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər