Lənkəran polisi hazırlıq vəziyyətinə gətirildi
28-06-2013, 13:30
Oxunub: 5 075
Müsavat başqanının müşaviri Yadigar Sadıqovun şərlənərək həbs olunmasına etiraz olaraq Facebookda təklif səsləndirən Jurnalist Araşdırma Mərkəzinin (JAM) rəhbəri Fikrət Fəraməzoğlunun sözlərindən sonra Lənkəran Şəhər Polis Şöbəsi hazırlıq səviyyəsinə gətirilib. Bu barədə jam.az-a rayondakı mənbələr məlumat veriblər.
Həmin məlumatda deyilir ki, Fikrət Fəraməzoğlunun «Yadigar Sadıqovun həbsinə etiraz əlaməti olaraq Lənkəran Polis Şöbəsinin binası qarşısında ağzımızı skoçla bağlayaraq aksiya keçirək» təklifi polis rəisini belə bir addım atmağa vadar edib. Belə ki, o, polisin hazırlıqlı olmasını və aksiyaçılar gəldikdə isə onların dağıtmaq üçün addımlar atmasını tapşırıb. Hətta bir qədər də böyük danışaraq, «Qoy, gəlsinlər. Mənim mitinq dağıtmaqda təcrübəm çoxdur» deyib.
JAM.AZ-a bununla bağlı açıqlama verən Fikrət Fəraməzoğlu isə deyib ki, Lənkəran polisi bundan sonra çox hazırlıq vəziyyətinə gətiriləcək. O qeyd edib ki, həqiqətən də Facebookda aksiya keçirilməsi ilə bağlı təklif səsləndirib. Amma bu təklifə qoşulanların sayının yetərli qədəri olmaması səbəbindən reallaşması bir qədər yubanır. Onun sözlərinə görə, Lənkəranın polis rəisi hər nə qədər özündən müştəbeh danışsa da, bunun bir faydası olmayacaq. «Polis rəisinin belə danışması qeyri-adi deyil. Polis rəisi qəti narahat olmasın, biz ora gələcəyik və sözümüzü də deyəcəyik. Qoy, o hələ bir qədər də gözləsin. Biz Lənkərana təşrif buyuranda, kimin nə qədər bacırıqlı və kimin haqqın tərəfində olduğu açıq şəkildə bəlli olacaq».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər