İcra başçısı yuxarılarla anlaşdığını deyir
1-07-2013, 11:45
Oxunub: 5 546
Nizaməddin Quliyevin oğlu haqlıdır
Artıq 5 aya yaxındır ki, Goranboy rayonunda gedən şikayətlərin ardı-arası kəsilmir. Milli qəhrəmanlardan tutmuş həbs olunan sahibkara qədər. Hətda iş o yerə çatıb ki, bütün problemlər qalaq-qalaq yığılıb qalmaqdadır. Bi problemləri sadalamaqla qurtarmaq olmaz. Ama nədənsə Nizaməddin öz postunda qala bilir. Hər halda bunun bir səbəbi var. Məsələn digər rayonlardan fərqli olaraq Goranboy özünün bərbadlığı səviyyəsinə görə birinci yerdə dayanır. Rayon mərkəzi və kənd yolları üçün dəfələrlə pul ayrılmasına rəğmən, hələ də asfalt çəkilişinə başlanılmayıb. Rayonun mərkəzi küçələrində gəzmək mümkünsüzləşib. Bundan əlavə olaraq rayonun mərkəzindəki tikinti işləri yarımçıq qalıb. Hətta Heydər Əliyev Mərkəzinin inşası belə yarımçıq şəkildə ortalıqda qalıb ki, Nizaməddin Quliyev də ora üçün ayrılmış pulları mənimsədiyi üçün belə vəziyyət yaranıb. Təkcə Heydər Əliyev Mərkəzi deyil, həmçinin rayonun girişi, mərkəzdə reallaşdırılan digər işlər də yarı-yarımçıq qalıb ki, buna səbəb də büdcədən ayrılmış pulların mənimsənilməsidir. Bir tərəfdən ata Nizaməddin Quliyev, digər tərəfdən isə oğul Ramal Quliyev ölkə rəhbərliyindən yeni maliyyə yardımları gözləyirlər ki, onların da axırına çıxsınlar. Nizaməddin Quliyevin rəhbərliyi ilə müavini Baxış Abdullayev və daha bir neçə məmur rayonu çapıb-talamaqla məşğuldur. Prosesdə aktiv iştirakçılardan biri də icra başçısının oğlu Ramal Quliyevdir ki, onu da «Fəqan Xidmət» adlı şirəkti var. O şirkət Ramal Quliyevin dostuna-Mingəcevir sakininə məxsus olsada İcra Başçısı çirkli pulları məhz bu şirkətin adı ilə silir. Əgər belə olmasaydı «Fəqan Xidmət»in fəaliyyətinin yoxlanması Goranboy rayon məhkəməsi tərəfindən dayandırlımazdı. Goranboyda dövlət büdcəsindən ayrılmış pulların hamısı «Fəqan Xidmət» MMC-nin hesabına köçürülür və oradan da mənimsəmə prosesi başlayır. Nəticədə, rayonun mərkəzində iş görən fəhlələrin maaşları belə verilmir və bu üçlük tərəfindən mənimsənilir. Elə buna görədir ki, Baxış Abdullayev rayon sakinlərindən birindən 20 min manat alaraq, onu işə düzəldəcəyini vəd verib. Daha sonra isə nə iş alınıb, nə də pul geri qaytarılıb. İş də gedib düşüb Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə.
Digər məsələ isə Nizaməddin Quliyevin oğlu Ramal Quliyev hələ Kapital bankın Mingəçevir filialına rəhbərlik edərkən 500 min manat pulu götürərək, xalq artistlərindən biri ilə xaricə üz tutmasıdır ki bunu da “yoluna” qoymağı bacarıb. Orada keyf məclisləri düzəldən oğul Quliyev pulu qurtardıqdan sonra geri döndü və onun mənimsədiyi pulları isə atası Nizaməddin ödədi. Elə bütün tederlərin «qalibi» olan «Fəqan Xidmət» MMC-nin də pullarını oğul Quliyev götürüb, aradan çıxıb. Həmin pulları xərclədiyindən Nizaməddin Quliyev zibilə düşüb. Amma bu dəfə həmin pulları qaytarmaq əvəzinə, iş adamlarını şərləyərək həbs etdirmək yoluna baş vurub.
Digər ört-basdır edilən məsələ Goranboy rayon Mərkəzi Xəstəxanasının baş həkimi Faiq həkimin ölümüdür. Belə ki, Goranboy rayon Mərkəzi Xəstəxanasının baş həkimi Faiq həkimin ölümündə şübhəli bilinən icra başçısına qarşı bir sıra ittihamlar irəli sürülüb. Həkimin yaxınları deyirlər ki, onu ölümə elə icra başçısı sürükləyib.
Nizaməddin Quliyevin “həll” etdiyi məsələlərdən biri də rayona ayrılan pullarla bağlıdır ki, o bunu da bacara bilib. Nizaməddin Quliyev Prezident tərəfindən ayrılmış 6 milyon manatın başına elə bir oyun açıb ki, daha 1 milyon manat pul istəmək məcburiyyətində qalıb. Rayon sakinləri isə deyirlər ki, icra başçısı Goranboy üçün heç bir iş görməyib. Hətta işi o yerə çatdırıb ki, pul yemək üçün bütün vasitələrə əl atmağa başlayıb. Büdcədən ayrılmış 6 milyon manatın aqibəti elə də qəliz olmayıb. Nizaməddin Quliyev bu pulları elə nizamlayıb ki, onların səsi Bakıdan belə gəlməyə başlayıb. Məsələn, onun hal hazırda Goranboyda «Nizaməddinin bazarı» kimi tanınan bazarı fəaliyyət göstərir. Digər bir maraqlı fakt. Bakıda «Vorovski» məhəlləsindəki üz-üzə inşa edilmiş 2 villa da həmin pulların sayəsində ərsəyə gəlib. Gəncə şəhərindəki evi, Göy-Göl rayonunu Mixayılovka kəndindəki villası, Goranboyun Ağca kəndində olan evləri və torpaq sahələri, rayonun mərkəzindəki evi və Tapqaraqoyunlu kəndindəki evləri də büdcə pullarının sayəsində inşa edilib.
Nizaməddin Quliyevlə bağlı səslənən digər iddalardan biri də budur: rayondakı otlaq sahələrini ələ keçirmək kimi bir niyyətə düşmüş şəxs olub. Hətta məsələ o qədər qəlizdir ki, rayonda əkinçiliklə məşğul olanlar da suyun onlara pulla satıldığını deyirlər və bundan şikayətçidirlər. Yəni, icra başçısı kəndlinin suyunda və torpağında belə gözü var.
Rayondan bolgexeber.com-a daxil olan məlumatlara görə N. Quliyevin göstərişinə əsasən hər bir idarə və müəssisə rəhbəri qısa müddətdə 5000 manat pul düzəldərək, gətirməlidir. Kənd icra nümayəndələrinin başçıları üçün bu rəqəm 3000 manat təşkil edir. Kənd icra nümayəndələri başçılarının müavinləri üçün bu rəqəm 2000 manat, mühasiblər üçün isə 1500 nəzərdə tutulub.
Nizaməddin Quliyev pul qazanmaq üçün o qədər özünü batırıb ki, hətta uşaq baxçalarına da göz dikib. Çünki onun əsas gəlir sahəsi uşaq baxçaları hesab olunur. Bu barədə verilən məlumatda vurğulanır ki, icra başçısı rayonda adı olub, özü olmayan uşaq bağçalarına ayrılan pulları birbaşa özünə götürür. Fəaliyyət göstərən uşaq bağçalarının rəhbərlərindən isə aylıq pul tələb edir.
Nizaməddin Quliyevin əməlləri ilə bağlı çox yazmaq olar. Ama maraqlı məqam ondan ibarətdir ki, niyə bu qədər qanunsuzluq edən birisinə göz yumulur? Bu “tapmacanın” cavabını isə bu yaxınlarda Nizaməddin oğlu Ramal Quliyev “tapıb.” Oğlu Ramal Quliyev bu yaxınlarda keyf məclislərin birində deyib ki, atam artıq yuxarılarla anlaşıb. “Kim nə yazır yazsın. Əsas odur ki, “day-day”la məsələni həll etmişik.
P.S. Görünür Nizaməddin Quliuyevin oğlu Ramal Quliyev düz deyir. Və dediklərində haqlıdır. Cünki bu qədər qanunsuz əməllərin sahibi hələdə vəzifəsində qalırsa demək Ramal haqlıdır./Bolgexeber.com/
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər