BolgeXeber.Com » Bölgə » Şəmkirdə direktor dərs keşməyən müəllimlərin əmək haqqlarını mənimsəyir
Şəmkirdə direktor dərs keşməyən müəllimlərin əmək haqqlarını mənimsəyir
1-07-2013, 13:35
Oxunub: 5 527
Dərs ili başa çatsa da vətəndaşların təhsil sisteminin müxtəlif sahələrindən giley-güzarı bitmək bilmir. Bu dəfə redaksiyamıza Qərb bölgəsinin bir qrup sakini müraciət edərək üzləşdikləri problemlərin işıqlandırılmasını xahiş ediblər. İddia olunur ki, Şəmkir rayonunun Təhsil Şöbəsində (TŞ) rüşvətxorluq və korrupsiya baş alıb gedir.
Redaksiyamıza rayonun bir qrup sakini müraciət edərək “F.Ələkbərov” adına Xanallar tam orta məktəbin direktoru Nərixanım İsrafilovanın şagird valideynlərini soyub taladığını iddia edirlər. Kənd sakinlərinin müraciətinə görə Xanallar məktəbində cəmi 385 şagird təhsil alır. Valideynlər bildirirlər ki, hər ay müxtəlif adlar altında hər bir şagirdlərdən 1 AZN pul yığılır. Bu ilki 9-cu və 11-ci sinif buraxılış məzunlarından attestat almaq üçün 200 ABŞ dollarından pul yığılıb. Məktəb direktoru bu azmış kimi tam orta məktəbin texniki işçiləri kimi ştat vahidinə oturan Ələkbərova Aytən və Əfəndiyeva Nəcibə adlı şəxslərin adına yazılan əmək haqlarını da özü alır. Xanallar tam orta məktəbinin psixoloqu, 5 ildir ki, Lənkəran rayonunda yaşayan Şahməmmədova Gülnazın da adına əməkhaqqı yazılaraq direktor Nərixanım tərəfindən mənimsənilir.
Şəmkir sakinləri müraciətlərində bildirirlər ki, Rusiya Federasiyasında biznes arxasınca həyat yoldaşları ilə gedən müəllimələr Əhmədova Tahirə, Aslanova Şahnaz və Sülüeymanova Könül 5 ildir ki, dərs keçməmələrinə baxmayaraq onların adına da əmək haqqı yazılaraq direktor tərəfindən mənimsənilir. Kənd sakinləri Xanallar tam orta məktəbində baş vermiş acınacaqlı vəziyyətlə bağlı Şəmkir Rayon (TŞ) müdiri Məcid Şıxlinskiyə çoxsaylı müraciətlər etdiklərini bildirsələr də bu haqda heç bir tədbir görülmədiyindən gileylənirlər. Şəmkirlilərin bu müraciətindən sonra apardığımız araşdırma nəticəsində məlum edilmişdir ki, Bu cür analoji vəziyyət bütün rayon məktəblərini əhatə edir.
Şəmkirdə ki, korrupsiya ab-havasından Goranboy Təhsil Şöbəsində yaşanan olayların xoşagəlməz qoxusu gəldiyi ortadadır. Xatırladaq ki, bir müddət öncə Baş Prokurorluq Goranboy orta məktəblərinin XI sinif şagirdindən buraxılış imtahanları və attestat almaları üçün rüşvət yığılması faktları aşkar etmişdi. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində 2009-cu ildə Goranboy Rayon təhsil şöbəsi və bir neçə orta məktəblərinin vəzifəli şəxsləri tərəfindən vətəndaşlardan kütləvi şəkildə rüşvət alma faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.1-ci (rüşvət alma, passiv rüşvətxorluq) maddələri ilə cinayət işi açılaraq onlar əməllərinə görə müxtəlif cəzalara məhkum edilmişdirlər. 26 Sentyabr 2009 Bakı Ağır Cinayətlər Məhkəməsi Goranboy rayon Təhsil Şöbəsinin keçmiş müdiri Elmar Əliyevə 11 il , şöbənin əməkdaşlarına və bir neçə orta məktəb direktoruna müxtəlif müddətlər hökm oxunmuşdu. Görünür, Goranboydan sonra növbə Şəmkirindir...
P.S. Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər